Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə82/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   145
Azf-277620

Qeyd:
sarı
 
(qoşma), barı (ədat), narın və s. kimi sözlərdə də a uzun 
tələffüz olunur. Söz birləşmələri və mürəkkəb sözlərdə yanaşı a saitinin 
əvvəlincisi qısa deyilir: hava almaq, alma almaq, qərara almaq...
U saiti
– uzun tələffüz olunur: ərəb və fars mənşəli alınma sözlərdə: 
ümumi - üm[u:]mi, Füzuli - Füz[u:]li, Səbuhi – Səb[u:]hi və s. 
Qısa tələffüz olunur: qurultay - q[u.]rultay, quruluş - qur[u.]luş, burun - 
b[u.]run və s. 
O saiti
– uzun tələffüz olunur: a) sözlərdə v samitindən əvvəl gəldikdə: 
çovdar - ç[o:]dar, novruz - n[o:]ruz, dovşan - d[o:]şan və s.; b) o saitinin qoşa 
işləndiyi sözlərdə: zooloq - z[o:]loq, zoopark - z[o:]park və s. 
Rus dilindən alınmış sözlərin vurğusuz hecasında 
a
kimi: komanda - 
k[a]manda, fonetika - f[a]netika və s. 
Ö saiti
– uzun tələffüz olunur: 
a) sözlərdə v samitindən əvvəl gəldikdə: mövsüm - m[ö:]süm, kövrək - 
k[ö:]rək, novbə - n[ö:]bə və s. 
b) əvvəllər apostrofla yazılan ərəb mənşəli sözlərdə: mötəbər – 
m[ö:]təbər, növbə - n[ö:]bə, tövbə - t[ö:]bə, lövbər - l[ö:]bər və s. 
Ġ saiti
– uzun tələffüz olunur:
a) bəzi ərəb və fars mənşəli sözlərdə: əqidə - əq[i:]də, nizə - n[i:]zə, zinət - 
z[i:]nət və s. 
b) qoşa i saiti ilə yazılan sözlərdə: bədii – bəd[i:], təbii – təb[i:] və s. 
c) fars dilindən alınmış 
bi 
ön şəkilçili sözlərdə: b[i:]savad, b[i:]xəbər, 
b[i:]çarə və s. 
Qısa tələffüz olunur: kitab - k[i.]tab, inqilab - inq[i.]lab, iştirak - işt[i.]rak, 
məktəb[i.]miz, ikisi - ik[i.]si və s. 


153 
Ə saiti
– uzun tələffüz olunur:
a) qoşa 
ə
ilə yazılan sözlər: mənfəət – mənf[ə:]t, təəccüb - t[ə:]ccüb, 
təəssüf - t[ə:]ssüf və s.
b) əvvəllər apostrofla yazılan ərəb mənşəli sözlərdə: dəvət – d[ə:]vət, 
məna - m[ə:]na, mədən - m[ə:]dən, tətil - t[ə:]til və s. 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin