Nitq mədəniyyətinin əsasları


E saiti - əvvəllər apostrofla yazılan sözlərdə: elan - [e:]lan, emal - [e:]mal,  memar - m[e:]mar, nemət - n[e:]mət və s. I saiti



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə83/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   145
Azf-277620

E saiti
- əvvəllər apostrofla yazılan sözlərdə: elan - [e:]lan, emal - [e:]mal, 
memar - m[e:]mar, nemət - n[e:]mət və s.
I saiti
– uzun tələffüz olunur:
İntonasiya ilə düzələn sual cümlələrinin xəbərlərində, son hecada: 
Kitabları ald[ı:]n?, İşdən qayıtd[ı:]n ? və s. 
Ü saiti
– a) uzun tələffüz olunur: 
İntonasiya vasitəsilə düzələn sual cümlələrində: Qonaqları ötürd[ü:]n?, 
Kitabları götürd[ü:]n? və s. 
c) qısa tələffüz olunur: t[ü.]fəng, b[ü.]tün, m[ü.]rəkkəb, q[ü.]sur və s. 
 
SAMĠTLƏRĠN TƏLƏFFÜZÜNƏ AĠD
ORFOEPĠK QAYDALAR 
 
Müəyyən fonetik məqam və şəraitdən asılı olaraq samitlərin cingil-
tiləşməsi, karlaşması, əvəzlənməsi və tələffüzdən düşməsinin ədəbi dil 
baxımından məqbul sayılan bir sıra halları samit səslərin deyilişi ilə bağlı tələffüz 
normalarını yaradır. Bu normalara aşağıdakıları nümunə göstərək. 
Cingiltili samitlərin tələffüzü 
Bəzi cingiltili samitlər müəyyən fonetik məqam və şəraitdə öz 
məxrəcindən fərqli şəkildə karlaşaraq tələffüz olunur: 
1.
Çoxhecalı (bəzən və təkhecalı) sözlər ayrılıqda tələffüz olunduqda
onlardan sonra samitlə başlanan şəkilçi və söz gəldikdə: 
b samiti
- kita[b], kita[b]sız, kita[b] vərəqi 
d samiti
- palı[d], palı[d]dan, palı[d] kötüyü 
c samiti
– kərpi[c], kərpi[c]dən, kərpi[c] divar 


154 
g samiti
- əhən[g], əhən[g]ləmək, əhən[g]çəkmək 
z samiti
- nüfu[z], nüfu[z]dan düşmək, nüfu[z] qazanmaq 
q samiti
- uşa[q], uşa[q]sız, uşa[q] paltarı
1
Qeyd:
q samiti başqa fonetik məqamda da karlaşaraq tələffüz olunur:
a)
söz ortasında kar samitdən əvvəl gəldikdə: nöqsan - nö[k`]san, 
iqtidar- i[k`]tidar, nöqtə - nö[k`]tə və s. 
b) təkhecalı və çoxhecalı alınma sözlərin sonunda: şərq - şər[k`], məşq – 
məş[k`], ittifaq - ittifa[k`], şəfəq – şəfə[k`] və s. 
c) söz ortasında işlənən qoşa q samitindən əvvəlincisi k` kimi (q samitinin 
kar qarşılığı kimi) tələffüz olunur. Məsələn, rəqqasə - rə/k`/qasə, şaqqa – şa/k`/qa, 
baqqal – ba/k`/qal və s. 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin