Nitq məDƏNİYYƏTİNİn təDQİQİ, İNKİŞafi və


Mövzu: MƏDƏNİ NİTQƏ VERİLƏN BAŞLICA TƏLƏBLƏR



Yüklə 0,58 Mb.
səhifə3/81
tarix01.01.2022
ölçüsü0,58 Mb.
#105860
1   2   3   4   5   6   7   8   9   ...   81
Mövzu: MƏDƏNİ NİTQƏ VERİLƏN BAŞLICA TƏLƏBLƏR

Plan:

Mədəni nitqə verilən tələblər.

Nitqin aydınlığı,

Nitqin yığcamlığı,

Nitqin təmizliyi və

Nitqin düzgünlüyü


Nitq mədəniyyəti insanlara məxsus ümumi mədəniyyətin ən vacib və apancı tərkib hissələrindən biridir. Bu anlayışa danışıq mədəniyyəti ilə yanaşı yazı mədəniyyəti də daxildir. Belə yüksək keyfıyyətə yiyələnən şəxs cəmiyyətin ictimai həyatında, onun hər hansı bir sahəsində fəal və məhsuldar iştirak etmək imkanına malik olur. Xüsusən, ziyalıların nitq mədəniyyətinə sahib olmaları vacib sayılır. Yazıçılar, müəllimlər, aktyorlar, radio və televiziya işçiləri, jurnalistlər, bədii söz ustalan nitqin təsirliliyi, obrazlılığı, ifadəliliyi, məntiqliyi, zənginliyi ilə fərqlənməlidirlər. Başqaları onların danışığından, oxusundan, yazdıqlarından nümunə götürməlidir.

Azərbaycan dilinin dövlət dili olduğu və geniş ünsiyyətə xidmət etdiyi indiki zamanda düzgün, aydın, məntiqi, yığcam, canlı, sadə, dəqiq və təsirli danışa və yaza bilmək, başqa sözlə, yüksək nitq mədəniyyətinə yiyələnmək mühüm tələb kimi qarşıya qoyulur.

Adamları tanımaq, onlara bələd olmaq üçün, hər şeydən əvvəl, ünsiyyətə girmək, təmasda olmaq lazımdır.

Antik dövrün böyük filosofu Sokrat həmişə deyərmiş: «Ey insan danış səni tanıyım». Həzrət Əli buyururdu ki, hər kəs öz dilinin altında gizlənib. Danışmayınca onun ağıllı və ya ağılsız olması məlum olmur. Tarixi inkişafın sonrakı dövrlərində də nitqə, onun gözəlliyinə xüsusi diqqət yetirilmiş, qiymət verilmişdir. «Qabusnamə»də deyilir: «Sözü ən gözəl tərzdə söyləmək lazımdır ki, həm söz anlayan olasan, həm də söz anladasan».

A.P.Çexov «Gözəl danışığa etinasız yanaşan adamlar özlərini insana layiq ola biləcək ən ali, nəcib bir zövqdən məhrum edirlər» fikrini söyləmişdir.

Bir latın atalar sözündə deyilir ki, şair anadan şair doğulur, natiqlər isə tədricən yetişir. Buradan aydın şəkildə bəlli olur ki, gözəl danışığa yiyələnmək həyatda qazanılır və hər kəsin özündən asılıdır. Lap qədim zamanlarda yaranmış bir zərb - məsəldə deyilir: «Sözün zahiri zərif, batini lətif olmalıdır».

Nitqin əsas keyfiyyətləri haqqında yığcam bir şəkiidə aşağıdakıları qeyd etmək olar:



  1. Yüklə 0,58 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin