Nitq məDƏNİYYƏTİNİn təDQİQİ, İNKİŞafi və



Yüklə 0,58 Mb.
səhifə40/81
tarix01.01.2022
ölçüsü0,58 Mb.
#105860
1   ...   36   37   38   39   40   41   42   43   ...   81
AKADEMIK NATIQLIK. Akademiya və elmi müəssisələr sistemində, beynəlxaлq konfrans, simpozium, treninq və sairədə edilən məruzələr, çıxtşlar, verilən elmi məlumatlar və s. akademik natiqliyə aid edilir. Bu, elm adamlarının, alimlərin, yüksək hazırlıqlı ziyalılaрын, müəllimlərin elmi-praktik konfranslarda, ali məktəb auditoriyalarынda, radio və televiziya verilişlərində, müdafiə sovetlərində və s. yerlərdə etdiyi nitqdir. Elmi nitq öz məntiqliyi, fikirlərin ardıcıllığı, söylənilənlərin sübutla, dəlillərlə əsaslandırılması, ümumилəşdirmələri, nəticələri və s. ilə digər nitq növlərindən fərqlənir. Nitqin bu növü yaradıcı əhəmiyyət kəsb edir, yaradıcı insanlar, alimlər və b. öz tədqiqatlanndan, araşdırmalarından alınmış nəticələri həm yazılı (məqalələr, əsərlər, monoqrafiyalar şəklində), həm də şifahi yolla başqalaрыna çatdırırlar. Bu nitq о zaman yararlı sayıla bilir ki, insanlar onu başa düşsünlər, orada şərh olunanlara inansınlar. Mühazirəçinin söylədikləri reallığa əsaslanmalı, dinləyicilər tərəfindən qəbul olunmalıdır.

Akademik natiqliyin yaranmasında ali məktəblərin rolu xüsusilə böyükdür. Belə müəssisələrdən biri Azərbaycan Dövlət Pedaqoji Universitetidir. Universiteli müxtəlif illərdə bitirib respublikanın məktəblərində, digər tədris müəssisələrində işləyənlərin çoxu eyni zamanda natiq kimi də fəaliyyət göstərirlər. Şübhə yoxdur ki, bu keyfiyyətə yiyələnənlər elmi natiqliyi, bəlağətü nitqi ali məktəb auditoriyalarında mühazirələr oxuyan müəllimlərindən, professor və dosentlərdən öyrənmişlər.

Universitetin dünyasını dəyişmiş əməkdaşları Ə.Dəmirçizadə, M.Rəfili, I.Şıxlı, Ş.Ağayev, X.UIutürk, X.Məmmədov, Ə.Əhmədov və b. öz sənətinin mükəmməl biliciləri, həm də görkəmli natiqlər idilər. Belə söz ustaları олан müəllimlər mükəmməl elmi hazırlığı ilə yanaşı natiq kimi də yadda qalır.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin