Nitq məDƏNİYYƏTİNİn təDQİQİ, İNKİŞafi və



Yüklə 0,58 Mb.
səhifə49/81
tarix01.01.2022
ölçüsü0,58 Mb.
#105860
1   ...   45   46   47   48   49   50   51   52   ...   81
Fonetik prinsip - orfoqrafiyanın əsas və başlıca prinsipidir. Bu prinsipə görə sözlər eşidildiyi kimi, tələffüzə uyğun şəkildə yazılır. Dilimizdəki sözlərin böyük bir hissəsinin yazılışında bu prinsip əsas götürülür. Məs: qardas, bacı, adam, idman, qərənfil, qalın, qırmızı, yasıl və s. Fonetik prinsip yazıda həm asanlığı, həm də demokratikliyi təmin edən prinsipdir. Ona görə yazan tələffüzü əsas tutur, sözü necə eşidir və ya deyirsə, elə də yazır. Demokratikdir, ona görə ki, bу prinsip yazını canlı dilə, xalq dilinə yaxınlaşdırır, yazılışla deyiliş arasındakı ayрыlığa, yoл vermir. Lakin bununla belə, təkcə fonetik prinsipə əsaslanıb söz və qrammatik formaları tələffüzə uyğun səsləndiyi kimi yaza bilmərik. Çünki dildə eyni söz, yaxud şəkilçi müxtəlif şəkildə tələffüz olunur. Məs: asan. asand. hasan, hasant; pendir, pəndir, pənir; pəncərə. pencərə; darvaza. dərvaza və s.

Bu cür söz və şəkilçilər müəyyən bir orfoqrafik qaydada deyil, hər kəsin tələffüz etdiyi şəkildə yazılarsa, bu, yazıda hərc-mərcliyə, anarxiyaya gətirib çıxarar. Vaxtilə görkəmli metodist alim Mahmudbəy Mahmudbəyov bu məsələdən danışarkən yazırdı: «Dilin orфoqrafiyası üçün tələffüz əsas ola bilməz, çünki hər bir yerdə, hər bir rayоnda bir cür tələffüz vardır. Əgər tələffüzü orfoqrafiya üçün əsas tutsaq onda meydana 40-50 cür orfoqrafiyamız çıxa bilər ki, bu da az-çox inkişaf tapmağa başlayan maarif, mətbuat və tədris işlərinə xeyli zərər vura bilər»




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin