Nitq məDƏNİYYƏTİNİn təDQİQİ, İNKİŞafi və


Hər hansı bir məsələ barəsində danışılarkən (və ya yazılarkən) müəyyən məntiqi ardıcıllığa riayət olunmalıdır



Yüklə 240,5 Kb.
səhifə15/36
tarix01.01.2022
ölçüsü240,5 Kb.
#104313
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   36
Hər hansı bir məsələ barəsində danışılarkən (və ya yazılarkən) müəyyən məntiqi ardıcıllığa riayət olunmalıdır. Başqa cür desək, fikrin ardıcıllıgı məntiqə əsaslanmalıdır.

Belə bir ardıcıllıqla şərh olunan material və ya söylənilən fıkir yaxşı dinlənilir, asan başa düşülür. Əks halda nitqdə rabitə pozulur, fikirdə ümumi bir qarışıqlıq yaranır, deyilənlər çətin anlaşılır, yadda qalmır.

Danışan (yazan) əsas və ikinci dərəcəli məsələləri bir-birindən ayırmağı bacarmalıdır. Natiq şərhində əsas məsələ üzərində xüsusi dayanmalı söhbətin mahiyyətini dinləyiciyə çatdırmalıdır. Onun nəzərdə tutduğu məsələdə ikinci dərəcəli fikirlər əsas fıkrin izahına, anlaşılmasına kömək etməlidir. Amma bəzən nitqdə bu tələbə əməl olunmur. Danışan az əhəmiyyətli məsələlər üzərində daha çox dayanır, mənasız uzunçuluğa yol verir ki, belə nitqdə fikir zəif və natamam ifadə olunur. Əsas fıkrini çatdıra bilməyən natiqin nitqi, şərhi maraqsız olur, dinləyici belə söhbətdən tez can qurtarmağa çalışır.

Natiqin öz sözü, öz cümləsi olmalı, o öz düşüncəsi, üslubi ilə danışmalıdır. Özgə dili ilə, cümlələri ilə danışmaq nitqin nitqinin keyfıyyətini aşağı salır.



Yüklə 240,5 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin