Nitq məDƏNİYYƏTİNİn təDQİQİ, İNKİŞafi və



Yüklə 240,5 Kb.
səhifə27/36
tarix01.01.2022
ölçüsü240,5 Kb.
#104313
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   36
NİTQİN ETİK MƏSƏLƏLƏRİ

Həzrət Əli buyurub ki, insan dilinin altında gizlənir. Danışmayınca onun ağıllı və ağılsız olduqu bilinmir.

Dil mədəniyyətinin başlıca müddəalarından biri danışığın etikasıdır. Mənşəcə latın sözü olan etika adı altında insanların bir-birinə, cəmiyyətə, cəmiyyətin insanlara münasibətini tənzimləyən mədəni, nəzakətli danışıq, əxlaq normaları nəzərdə tutulur. Etika termini ilk dəfə Aristotelin «Nikomaxın etikası». «Böyük etika», «Evlem etikası» əsərlərində işlənmiş, əməli nəsihət xarakterli fikirləri özündə ehtiva etmişdir. Aristotelin etikası ilk əxlaq nəzəriyyəsi olmuşdur. Bu dahi mütəfəkkirə görə, etikanın vəzifəsi insanı mənasız və qeyri-təbii ehtiraslardan uzaqlaşdırmaq, ona cəsurluq və ədalətlilik keyfiyyətləri aşılamaqdır.

Etik normalar xalqın iap qədimdən yaratdığı və qoruyub saxladığı adət-ənənələrindən, müsbət əxlaqi keyfiyyətlərindən yaranmış, islami dəyərlərdən formalaşmışdır.Hələ erkən orta əsrlər dövründə Azərbaycanda məktəblərdə, tarix, ədəbiyyat, məntiq, ritorika və s. kimi dünyəvi, «Quran», «Təfsir» (Quranın açıqlanması) «Hədis» (Peyğəmbər (s) sözləri və onunla bağlı hekayə və rəvayətlər) «Təcvid» (Quranın düzgün oxunması), «Təftil» (Quranın mənasının başa düşülməsi) və ilahiyyat elmlərinin tədrisi prosesində şəxsiyyətin inkişafı, təhsili və təlimi, tərbiyəsi, o cümlədən də əxlaqi-mənəvi dəyərləri ilə bağlı bu gün belə aktual olan qiymətli fikirlər, məlumatlar verilmişdir. Həmin təhsil ocaqlarında ibn Sinanın, Sədi Şirazinin əsərləri, daha sonralar Ruminin «Məsnəvi»si, Fizulinin «Divanı», «Kənilə və Dimnə», «Qabusnamə» kimi əxlaqi - mənəvi dəyərli əsərlərdə nəzakətli danışıq və hərəkətlərdən də bəhs olunmuşdur. «Dədə Qorqud» dastanlarında digər dəyərlərlə yanaşı, insanların mənəvi-əxlaqi, etik-estetik keyfiyyətlərinin inkişafı ilə bağlı söylənən fikirlər bu gün də böyük əhəmiyyət kəsb etməkdədir. Böyük mütəfəkkir N.Tusinin «Əxlaqi-Nasiri» əsərində bu baxımdan söylədiyi aşağıdakı fikirlər, mülahizələr xüsusilə dəyərlidir, ibrətamizdir:

Yalan və ya doğru üstündə məclisdə höcət etməməli, xüsusilə böyüklər və səfehlərlə; yalvar-yaxar təsir etməyən adama yalvarmamalı, münaqişə və mübahisədə rəqibin haqlı olduğunu gördükdə üstünlüyü ona verməlidir.

Avam, uşaq, arvad, divanə və sərxoş adamlann söhbətindən bacardıqca uzaq gəzməlidir. Başa düşməyən adama incə və üstüörtülü söz deməməli, danışıqda nəzakətli olmalı, heç kəsin işini, sözünü, hərəkətini pis şəkildə ona-buna çatdırmamalı, qorxulu şayiələr yaymamalıdır.



Danışıq etikası məsələləri zəngin və rəngarəngdir. Bura aşağıdakılar daxildir: müraciət qaydaları, nitqi dinləmə mədəniyyəti, sualvermə, söhbətəqoşulma qaydaları, danışıqda təvazökarlıq, mənalı hərəkətlərdən istifadə qaydaları, şad və bəd xəbərləri çatdırma qaydaları və s.

Müstəqillik qazandığımız, adamların öz ana dilində ünsiyyət saxladığı indiki dövrdə nəzakətli danışıq qaydalarına əməl etmək xüsusilə vacib sayılır. Vətənimizi, ölkəmizi, xalqımızı sivil, mədəni bir ölkə , xalq kimi dünyaya tanıtmaqda digər amillərlə yanaşı, mədəni danışığın, yüksək nitq mədəniyyətinin də rolu böyükdür. İ.ƏIiyev cənabları Avropa Şurası Parlament Assambleyasının 2004-cü il yay sessiyasının iclasında çıxış etdikdən sonra Şuranın sədri Piter Şuder dinlədiyi nitqlə bağlı demişdi: «Cənab Prezident, olduqca gözəl çıxışırııza görə sağ olun. Assambleya və Avropa Şurasına ünvanladığınız nəzakətli

İnsanlar nəzakətli hərəkətləri görmüş və əxz etmişlər. Bu hərəkətlərlə (böyük gələndə ayağa durmaq, nəqliyyatda və digər yerlərdə böyüyə, uşağa, qadına yer vermək, danışanı axıracan dinləmək, ictimai yerlərdə (məclisdə, süfrə başında, yığıncaqlarda və s. özünü aparmağı bacarmaq, ağsaqqalların, valideynlərin yolunu gözləmək, böyüyün üzünə ağ olmamaq, əlilə, xəstəyə, kömək etmək psixologiyasının milli çalarları, etnik - etiket və mənəvi dəyərlər formalaşdırır, bunlar milli xarakteri təşkil edir. Xalqın yaratdığı bu etik qaydaların insanların əlaqə və münasibətlərinin tənzim olunması, normal həyat tərzinin yaradılması sahəsində rolu böyükdür. Etik normalar xalqın qədimdən yaratdığı və qoruyub saxladığı adət-ənənələrindən, müsbət əxlaqi keyfiyyətlərindən yaranmış, islami dəyərlərdən formalaşmışdır. Müraciət formalarından düzaün istifadə olunması.

NİTQİN ETİK QAYDALARINA ƏMƏL ETMƏK
Danışıq zamanı başqalarının heysiyyətinə toxunan, şəxsiyyətini təhqir edən, ədəb qaydalarına uyğun olmayan söz və ifadələrə (məsələn, zırrama, qanmaz, anlamaz, kəllən haqqı, burnunu soxma, anqırma, bağırma və s.) yol verilməməlidir. Bu cür sözlər və ifadələr hansı münasibətlə deyilməsindən asılı olmayaraq həmişə böyük narazılıqla qarşılanır və çox zaman adamların inciməsinə, küsüşməsinə, bəzən isə hətta savaşmasına da səbəb olur. Mədəni və savadlı adamın nitqində, o cümlədən müəllimin danışığında loru söz və ifadəyə yer verilməməlidir.

Ali məktəb praktikasında tələbələrin onlara dərs deyən müəllimi başqası ilə əvəz etmək barədə müraciətinin dəfələrlə şahidi olmuşuq. Müəllim və tələbə münasibətində belə xoşa gəlməyən hal əksərən danışıq etikasının pozulması, tələbəyə qarşı kobud söz və ifadənin işlənilməsi nəticəsində baş verir. İnsan bütün hallarda öz danışığına nəzarət etməyi, ifadələri ölçüb-biçməyi bacarmalı, heç bir vəziyyətdə etika qaydaları pozulmamalıdır. Xüsusi gərginlik keçirən adamlar çox vaxt əsəbi danışır və belələrinə onu tanıyanlar «əsəbidir, bənd olmayın» deyə bəraət verirlər. Əslində heç də belə olmamalıdır. Qeyri-normal danışığa görə adamlar məzəmmət edilməlidir. Həm ailədə, həm də ictimai yerlərdə nitqin etik normaları gözlənilməli, lüzumsuz, təhqiramiz sözlər işlədilməməlidir.

Bu vəziyyəti utancaqlıqla müşahidə edən Ə.Vahid bir gün deyir:


Yüklə 240,5 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin