Nitq məDƏNİYYƏTİNİn təDQİQİ, İNKİŞafi və


- Ustad, siz məndən yaşca da, başca da çox böyüksünüz. Siz ayağa qalxanda mən xəcalət çəkirəm. Ona görə də daha dərsə gəlməməyi qərara almışam



Yüklə 240,5 Kb.
səhifə28/36
tarix01.01.2022
ölçüsü240,5 Kb.
#104313
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   36
- Ustad, siz məndən yaşca da, başca da çox böyüksünüz. Siz ayağa qalxanda mən xəcalət çəkirəm. Ona görə də daha dərsə gəlməməyi qərara almışam.

Azər müəllim sakitcə deyir:

- Mən sənə adamlıq, ədəb-ərkan öyrədirəm. Yoxsa sən nəkarasan ki, mən ayağa duram.

Böyük Nizami çox yerində demişdir:

Düşüncəsi, ağlı sağlam olan kəs,

Lüzümsuz sözləri söyləməz



TƏVAZÖKARLIQ MƏDƏNİ NİTQİN BAŞLICA ŞƏRTLƏRİNDƏNDİR.
Adamlar öz şəxsiyyəti, fəaliyyəti barədə bu və ya digr məqsədlə başqalarına məlumat verməli, danışmalı olurlar. Nitq fəaliyyətinin bu formasında bəzən təvazökarlıqdan kənar işlənən söz və ifadələrə yol verilir. Radio verilişində bir aktyor öz səhnə fəaliyyəti haqqında belə ifadələr işlədirdi: «Məndə dramatizm güclüdür. Mənim səsin əladır. Mən həmişə baş rollarda çıxış etmişəm. Bütün görüşlərdə tamaşaçılar məni alqışlayıb. Mən professional səhnə ustasıyam».

Nitq üzərində aparılan müşahidələr zamanı təvazökarlıqdan kənar işlədilən xeyli fakt qeyd edilmişdir. Məsələn, «Həmin mahnını mən daha yaxşı çalıram»; «Dissertant mənim əsərlərimə istinad etməmişdir»; «Bu barədə ilk dəfə mən bəhs açmışam»; «Mən bu sahənin professoruyam» və s.

Belələri başqalarının fikirlərini daima inkar edir, tənqidi mülahizələrlə razılaşmırlar, onlar üçün yalnız bir həqiqət - özlərinin fikirləri mövcuddur. Kim onlarla razılaşmırsa, belələrini yabancı, düşmən kimi qəbul edirlər. indii el qarşısında özünü tərifləmək, demək olar ki, bir dəbə çevrilmişdir. Axı insan özünü bir ölkə qarşısında nə qədər tərifləyər? Bu nə müğənniyə, nə müəllimə, nə həkimə, nə də digər ixtisas, peşə sahiblərinə yaraşar. Təvazökarlıq insanın yaraşığıdır. Danışığın etik normalarına uyğun olmayan bu cür ifadələr dinləyicilərdə xoşagəlməz bir əhval doğurur. Böyük mesenant Z.Tağıyev olduqca sadə və təvazökar insan imiş. Onu yaxından tanıyanlar yazır ki, Azərbaycan tarixində tanınmış simalardan olan H.Z.Tağıyev təbiətən az danışan olub. özü haqqında isə ümumiyyətlə az danışarmış. Bu həm onun təbiətindən, həm də təvazökarlığından irəli gəlirdi.

tərənnüm etmiş, lovğalığı və xudpəsəndliyi pisləmişdir:

«Mənəm, mənəm» deyib öymə özünü, Həmişə müxtəsər söylə sözünü. Cahildir özünü tərif edənlər, «Çox bilirəm» demə bilsən də əgər.

Onlar bir qayda olaraq gördükləri işi ümuminin adından təqdim edirlər. «Bizim bu sahədəki nəticələrimiz olduqda faydalıdır»; «Bu məsələyə bir qədər aydınlıq gətirməyə çalışmışıq» və s. Çoxları öz fəaliyyətləri barədə danışarkən təvazökarlıq xatirinə belə ifadələr işlədir: «Özünü tərif olmasın», «Özündən demək olmasın», «Təvazökarlıqdan kənar olmasın», «Bu mənim şəxsi fikrimdir» və s. Belə adamlar lovğalığın nə olduğunu bilməz, hər hansı işinə görə təriflənməsini də xoşlamazlar. imperator Sezar Avqust (b.e.ə. I əsr) onu tərifləyələrin, yaltaqların qənimi idi. O, «cənab» sözünü işlətməyi və onu tərifləməyi qadağan etmişdi. Bir dəfə ailəsi ilə teatra gedərkən səhnədən aktyorun «Ey mərhəmətli hökmdar, Allah səni Roma xalqı üçün çox görməsin» deməsinə, tamaşaçıların onu alqışlamasına görə hiddətlənir və bir daha teatra gəlmir.





Yüklə 240,5 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin