NİTQİN ZƏNGİNLİYİ. Bu, nitqdə işlənən dil ünsürlərinin müxtəlifliyi, rəngarəngliyi və çoxluğudur. Nitqin zənginliyi üçün başlıca meyar danışanın (yazanın) geniş söz ehtiyatına malik olmasıdır. Natiq hər hansı bir rnətləbi aşkarlayarkən daha münasib sözlərdən -sinonimlərdən, antonimlərdən, frazeoloji birləşmələr və ibarələrdən, digər məcazlardan və sairədən istifadə etməyi bacarmalıdır. Müəyyən rabitəli mətndə nə qədər çox müxtəlif və təkrarlanmayan söz, ifadə və cümlə işlədilərsə, həmin nitq o qədər də zəngin olar, maraqla dinlənilər, yaxşı təsir bağışlayar, asan dərk olunar. Söz ehtiyatı zəngin olan, işlətdiyi hər söz və ifadənin mənasını yaxşı anlayan adam həmişə öz fikirlərini çətinlik çəkmədən sərbəst şəkildə ifadə edə bilir. Lüğətin zənginliyi məsələsi insanın məşğul olduğu işin xarakterindən, yaşadığı mühitdən, mütaliəsindən, dünyagörüşündən asılıdır. Görüş dairəsi və mütaliəsi geniş, savadı mükəmməl adamların söz ehtiyatı da zəngin olur. Belələri öz çıxışlarında (adi söhbətlərində də) dilimizin söz xəzinəsindən bacarıqla istifadə edirlər. Bu gün ali məktəb auditoriyalarında mühazirə oxuyan müəllimlərin bir çoxunun nitqi bu baxımdan nümunəvidir. Tələbələr onlan maraqla dinləyir, nitqin ifadə tərzindən xüsusi zövq alırlar.
Hər bir savadlı və mədəni şəxs daima öz lüğət ehtiyatının artırılması qayğısına qalmalıdır. Bunun üçün ən səmərəli vasitə radio və televiziya verilişlərini dinləmək və mütaliəni genişləndirməkdir. Diktor, aktyor, söz ustalarının, natiqiərin və başqalarmın danışıqlarını müntəzəm olaraq dinləmək, sözlərin, ifadələrin, cümlələrin ifadə tərzinə diqqət yetirmək, nitqin bu baxımdan məziyyətlərini mənimsəməklə lüğəti genişləndirmək və zənginləşdirmək olar.
Nitqin zənginliyi və emosionallığını təmin edən amillərdən biri də intonasiyadır. Bu o deməkdir ki, söylənilən fıkirlər, insanın keçirdiyi hissi hallar uyğun səs tərtibatı, avazla verilə bilsin, nitq rəngarəng intonasiya çalarlarma malik olsun, danışan intonasiya elementlərindən (məntiqi vurğu, nitq fasiləsi, nitq tonu, səsin tembri və s.) düzgün istifadə etməyi bacarsın və s. Nitqin intonasiya baxımından zənginliyindən danışarkən sual, nida, əmr cümlələri, xitablar, ara sözlər, ara cümlələr və s. sintaktik quruluşlann özünəmüvafiq formada, təbii şəkildə tələffüz olunmasının vacibliyi də diqqət mərkəzində saxlanılmalıdır.
Nitq zənginliyinin başlıca əlamətlərindən biri də onun informasiya, məzmun cəhətdən dolğunluğudur. Nitq o zaman maraqla dinlənilir ki, haqqında bəhs olunan məsələ yeni olsun, həm də hərtərəfli şəkildə, sübutlarla, dəlillərlə, həyati misallarla, dinləyicini qane edəcək bir formada şərh edilsin.
Nitqin zənginliyindən danışarkən bu keyfiyyəti yaradan digər vasitələri - dilin qrammatik və üslubi imkanlarından səmərəli şəkildə istifadə olunması, danışanın intellektuallıq səviyyəsini də nəzərə almaq lazımdır.
NİTQİN SADƏLİYİ VƏ TƏBİİLİYİ. F.Köçərli yazırdı: «Dil nə qədər asan, sadə olsa, bir o qədər gözəl, göyçək və məqbul olar». Nitqin sadəliyi onun aydınlığı, anlaşıqlı olması, asan qavranılmasıdır. Sadəliyi heç də fikrin, məzmununun, mahiyyətin bəsitləşməsi, ibtidailəşməsi kimi başa düşmək olmaz. Nitqin sadəliyi mürəkkəb cümlələrdən qaçmaq, məzmunun mümkün qədər sadə cümlələrlə vermək mənasında da anlaşılmamalıdır. Natiq danışarkən, əşya və hadisələri təsvir edərkən onların mahiyyətini daha aydın və dəqiq vermək üçün həm sadə, həm də mürəkkəb konstruksiyalardan istifadə etməlidir. Nitqin sadəliyi tələb edir ki, orada işlədilən bütün sözlər dinləyicilərin (auditoriyanın) ümumi səviyyəsinə və xüsusiyyətlərinə uyğun gəlsin, hamı üçün aydın və anlaşıqlı olsun. Sadə nitq hər cür yabançı pafosdan, qondarma, süni ifadələrdən, müqayisələrdən uzaqdır.
Nitqin sadəliyinin pozulma hallarından biri sözçülük, ağır və uzun cümlələr işlətmək, yaxud ibarəpərdazlıqdır. Sözçülük, eyni fikrin təkrar-təkrar ifadəsi daha geniş yayılmış nöqsandır.
Natiq bəzən öz «dərinliyini» nəzərə çarpdıqmaq məqsədilə qondarma, təmtəraqlı söz və ifadələr işlədir. Məsələn, səadət qünəsinin süaları: öz gəhrəmanlıqları ilə ölməzlərin zirvəsinə ucalan səhidlər: qəhrəmanlar vurdunun mərd övladları və s. kimi söz və ifadələr ola bilsin ki, nitqin digər üslubunda - xüsusən bədii üslübunda işləndikdə yararlı sayıla bilər. Lakin mühazirəçinin danışığında fikrə uyğun olmayan bu cür qondarma sözlər və ifadələrin işlədilməsi məqbul sayılmır. Belə ifadələr nitqə qeyri-ciddilik gətirir, marağın azalmasına, fikrin dinləyiciyə çatmasına mane olur.
Nitqin sadəlik və təbiiliyinin pozulması halları yazılı nitqdə daha çox özünü göstərir. Yazan hər bir söz, ifadə, cümlə üzərində ayrıca düşünür, onu dinləyici üçün maraqlı etmək məqsədilə ifadəlilik vasitələrindən, atalar sözü, məsəlləri, frazeoloji birləşmələrdən istifadə edir. Lakin burada da ifrata varmaq, həmin ifadələrin həddindən çox işlədilməsi, nitqi ağırlaşdırır, oxucunu yorur.
Nitqin sadəliyinin pozulma səbəblərindən biri də anlaşılmayan və ya az anlaşılan söz və terminlərin işlədilməsidir. Burada natiq öz bilik və hazırlığının yüksək səviyyədə olmasını nümayiş etdirmək məqsədilə ehtiyac olmadığı halda terminlərdən, mürəkkəb tərkiblərdən istifadə edir.
Xalqın görkəmli ədibləri, maarifçiləri sadə, hamının başa düşəcəyi bir dildə danışmağı öz yazılarında dönə-dönə qeyd etmiş, zəruri saymışlar. Görkəmli ədəbiyyatşünas alim, məşhur ana dili müəllimi Firidun bəy Köçərli dilin sadəliyindən, saflığından danışarkən yazırdı: «... ərəb və fars kəlmə və ibarələrinin həvəsində olub, ehtiyac olmadığı halda onları ana dilinə qatıb qarışdırmaq, bizim əqidəmizcə böyük səhvdir. Dil nə qədər açıq, sadə olsa, bir o qədər gözəl, göyçək və məqbul olar.
Dostları ilə paylaş: |