Niyə qolları açıq namaz qılırıq?



Yüklə 12.17 Kb.
tarix22.10.2017
ölçüsü12.17 Kb.

Niyə qolları açıq namaz qılırıq?

Əvvəla:- Məlumat üçün bildiririk ki, təkcə şiələr qolları açıq halda namaz qılmırlar, Maliki məzhəbinin ardıcılları da qolları açıq namaz qılırlar.

Əhli sünnətin böyük alimi İbni Ruşd «Bidayətul-müctəhid» kitabında beşinci məsələdə deyir: - “Alimlər arasında namazda bir əlin digərinin üstünə qoyulması haqda ixtilaf vardır. Amma Maliki vacibi namazlarda bu işin məkruh və müstəhəb namazlarda caiz olduğuna fətva veribdir.” (Bidayətul-müctəhid. Babun fi səlatil munfəridil-haziril-aminis-səhih. İkinci fəsl. əl- Məsələtul-xamisətu 1/ 140 naşir Razi)

İkinci:- Əhli sünnət arasında bu məsələnin üstündə gedən bəhs bu əməlin müstəhəb olub olmamasından ibarətdir. Qalan üç məzhəb bu əməli “təkəttof” (qolu bağlı namaz qılmaq) vacibi namazlarda müstəhəb, amma maliki məzhəbində məkruh bilinir. Bu əməli (təkəttof) müstəhəb bilən üç məzhəb (hənəfi, hənbəli və şafei) əməlin keyfiyyəti haqqında biri digəri ilə ixtilaf edirlər. Biri deyir ki, (hənəfi məzhəbi) əllər göbəyin altında, digəri deyir ki, (hənbəli məzhəbi) göbəyin üstündə və üçüncü dəstə (şafei məzhəbi) isə əllərin ürəyin üstündə qoyulması haqda fətva veriblər. Belə bir ixtilafın mövcudluğu göstərir ki, təkəttof məsələsi sübuta yetməmiş və aydın bir iş deyildir. 

Əhli sünnətin böyük alimlərindən sayılan İbni Cəzm də “əl-Muhəlla bil-asari” kitabında təkəttof məsələsini ortaya ataraq bu məsələnin namazın müstəhəb məsələlərindən olduğunu söyləyib. Məsələ:- Müstəhəbdir namaz qılan namazda sağ əlini sol əlinin üstünə qoysun. “əl-Muhəlla bil-asari”.kitabus-səlat, məsələ: 448, 3/29 mətbəə “darul-elmiyyə” Beyrut. 

Nəticədə məlum olur ki, bütün məzhəblər açıq əllə namaz qılmağın səhih olduğuna etiraf edirlər. Amma bağlı əllərlə namaz qılmaq məsələsində ixtilaflıdırlar. Üç məzhəb (hənəfi, hənbəli və şafei) bu əməlin vacibi namazlarda müstəhəb olduğunu iddia edirlər. Amma   maliki məzhəbi bu əməlin məkruh olduğunu və şiə məzhəbi isə haram olduğunu iddia edir. Bu əməlin vacibi namazlarda müstəhəb olduğunu iddia edən hənəfi, hənbəli və şafei məzhəbinin alimləri bir neçə rəvayətlərə istinad edirlər ki, onların bəziləri məntiq baxımından tam əsassızdır olmaqla yanaşı digərləri isə sənəd cəhətdən zəifdir.  Amma bu əməlin namazda haram və batil edici olduğunu iddia edən şiə məzhəbi Əhli beytdən (ə) nəql olunmuş rəvayətlərə əsaslanır. Həmin rəvayətlərdə bu əməlin məcusilərə (atəşpərəstlərə) məxsus olduğuna görə qadağan edildiyi bildirilir. İnkar olunmaz bir həqiqətdir ki, Peyğəmbərin Əhli-beyti (ə) Onun necə namaz qıldığını başqaları ilə müqayisədə daha yaxşı bilərlər. Çünki ailə daxilində baş verən işlərdən  daha yaxşı xəbərdar olan yalnız  ailə üzüvləri olur. (vəsailuş-şiə, 4/126 bab 15, Cəvahirul-kəlam 11/15, 16)

Təthir ayəsi (Əhzab. 33) və Səqələyn  hədisinə əsasən Peyğəmbərin (s) Əhli-beyti (ə) hər cür xəta və səhvdən məsumdurlar. İbni Ruşd deyir:- “Əhli sünnətin bu məsələdə ixtilaf etmələrinə səbəb nəql olunmuş rəvayətlərdə Rəsulullahın (s) namazda əllərini biri digərinin üstünə qoymasıdır, lakin həmin hədislərdə göstərilməyib ki, o Həzrət (s) sağ əlini sol əlinin üstünə qoyardı”  (Bidayətul-müctəhid. Babun fi səlatil munfəridil-haziril-aminis-səhih. İkinci fəsl. əl- məsələtul-xamisətu 1/ 140 naşir Razi) 

Bəzi əhli sünnət alimləri bu əməlin (təkəttof) doğruluğunun sübut etməyə çalışıblar. Bu məqsədlə əli bağlamağın ədəbə müvafiq olaraq namazda zəlilliyi göstərdiyini iddia edirlər.

Cavab:- Əvvəla bizim ibadətdə öz səliqə sahmanımıza əməl etməyə haqqımız yoxdur. Çünki ibadət tovqifidir (yəni müqəddəs şəriət sahibi necə əmr edibsə o cür də əməl olunmalıdır). İbadətə daxil edilmiş və ya çıxdaş olunmuş hər bir əməl bidətdir və haramdır.

İkinci:-Hər yerdə özünə məxsus şəkildə ehtiram növləri vardır. Hərbiçilər arasında xüsusi ehtiram qaydası vardır. Əgər bir hərbiçi namazda hərbi hissədəki ehtiram qaydasından istifadə edib əlini gicgahına qaldırıb bu cür namazı qıla və ya bir nəfər çinli kimi əllərini sinəsində qoşalaşdırıb namaza başlasa və s… onda Allahın dininin və Peyğəmbərin (s) şəriətinin sütunu olan namazın təkcə adı qalar.



Əhli sünnətdən olan üçüncü dəstə əllərin namazda üst-üstə qoyulmasının müstəhəb olması səbəbini bu cür izah etməyə çalışıb: “Səhabələr namazda qanın barmaqların ucunda yığılmasından ehtiyatlanaraq əllərini üst-üstə qoyurdular” Rəvayət İbrahim Nəxəidən nəql olunub (Bədayeus-sənayi fi tərtibiş-şəraye, kitabus-səlat 1/ 298 mətbəə darul-fikr.Beyrut) Cavab: Məgər insanın bədəni ayran tuluğudur ki, namazda bir neçə dəqiqə ərzində qan barmaqların ucunda yuğıla. Necə olur ki, bütün gün ərzində bu cür qan yığılması baş vermir amma bir neçə dəqiqəlik namazda belə bir problemin olacağı ehtimal olunur. Bəs nəyə görə indiyə qədər əli açıq namaz qılan şiələrdə bu müşkül meydana çıxmayıb?

Hacı Elman İbadov

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə