MKS-nin şöbə və filiallarında "Azərbaycan poeziyasının korifeyi" adlı oxucu konfransı keçirmək olar.
Konfransı giriş sözü ilə açaraq, dəvət olunmuş qonaqları və tədbir iştirakçılarını salamlayıb tədbiri açıq elan etmək olar.Sonra bildirmək lazımdır ki, 2011-ci il böyük Nizami Gəncəvinin 870 illik yubileyidir. Ölkəmizdə, həmçinin respublikamızdan kənarda, eləcə də bütün türk dünyasında Nizami yaradıcılığına bir daha müraciət olunur, bu dahi şairin yaradıcılığı ilə bağlı müxtəlif tədbirlər keçirilir. Daha sonra Nizami Gəncəvinin həyat və yaradıcılığına dair çıxışlr olmalıdır. GDU-nun nizamişünas professor və müəllimləri, orta məktəb müəllimləri tədbirdə cıxış edə bilər.
Konfransda "Nizami Gəncəvi və türk dünyası","Nizami yaradıcılığında məhəbbətin fəlsəfəsi", "Nizami yaradıcılığı və Azərbaycan intibahı", "İsgəndərnamə poemasının tədrisi məsələləri", "Nizami və din" və s.mövzularında məruzələrlə çıxışlar etmək olar. Son dərəcə əhəmiyyət kəsb edən tədbirin sonunda dahi şairimiz Nizami Gəncəviyə həsr olunmuş ədəbi-bədii kompozisiya da nümayiş etdirmək məqsədə uyğundur. Sonda N.Gəncəviyə həsr olunmuş tədbirin əhəmiyyəti barədə çıxış etmək yerinə düşər. “ Klassik Azərbaycan ədəbiyyatınn ən böyük nümayəndəsi Nizami Gəncəvi ” və s.