Dahi şairin 870 illiyi ilə əlaqədar olaraq ”Dünya poeziyasının günəşi”,”Böyük həyatın unudulmaz salnaməsindən”, ”Şərq intibahının görkəmli nümayəndəsi”,”Dahi və humanist mütəfəkir”,”Dünya poeziyasının ilham mənbəyi”,”Nizami Gəncəvi və dünya ədəbiyyatı” və s.mövzularda oxucu konfransı keçirmək olar.
Oxucu konfransına hazırlıq dövründə kitabxanaçı tədbirlə bağlı olan ədəbiyyatı seçməli və həmçinin dövrü mətbuatda dərc olunan materiallardan da istifadə etməlidir.Tədbirin keçirilməsində ali və orta məktəbin müəllim və şaggirdlərinin, ixtisaslı mütəxəssislərin. imkanlarından istifadə etmək lazımdır.Oxucu konfransında giriş sözü ilə çıxış edən tədbirin ideya, mahiyyəti, məqsədi, müıllifin yaradıcılığının ayrı-ayrı dövrləri , şairin əsərlərinin mövzu aktuallığından, onun ədəbiyyatdakı mövqeyi haqqında məlumat verməli, girişdən sonra tərtib olunmuş suallar ətrafında çıxışlar edilir.Tədbirin rəhbəri yekun sözü ilə çııxş edənlərin dediklərini tamamlamalı tədbiri sona yetirməlidir. Bu cür tədbirlər yubiley ilində Azərbaycan poeziyasının söz incisinin xiridarının əsərlərinin təbliğinə yardım göstərir və oxucuları şairin yaradıcılığı ilə yaxından tanış edir. onlarda Nizami Gəncəvi yaradıcılığına məhəbbəti daha da artırır və kitabxanada oxucuların və kitab verilişinin çoxalmasına səbəb ola bilər.