Nizami Gəncəvi


Dahi şairimiz Nizami Gəncəvinin 870 illiyi ilə bağlı



Yüklə 226,81 Kb.
səhifə12/28
tarix03.01.2022
ölçüsü226,81 Kb.
#42865
1   ...   8   9   10   11   12   13   14   15   ...   28
Dahi şairimiz Nizami Gəncəvinin 870 illiyi ilə bağlı kitabxanalarda ədəbi-bədii gecələr də keçirmək olar. Ədəbi-bədii gecələri müxtəlif adlar altında keçirmək olar:“Dünya poeziyasının günəşi”,”Bədii sözün tanrısı”,”Nizami dühasının işığında”, ,” O dahini düşünəndə: Nizami Gəncəvi-870”,”Sözün zirvəsi, zirvənin sözü: Nizami dünyasına bir nəzər“,”Zamanların dahisi”,”Dünya poeziyasının ilham mənbəyi”,”Zamanların dahisi:Nizami Gəncəvi“,”,Dünyanın sirri var sözü var səndə”, ”Şərqin ilham çeşməsi:Nizami Gəncəvi-870“,”Poeziyanın sönməz günəşi”,”Dünya klassik ədəbiyyatının güzgüsü”,”Dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığı” Dahi şair Nizami Gəncəvinin dünya ədəbiyyatında rolu”,”Nizami Gəncəvi və Azərbaycan şifahi xalq ədəbiyyatı”” Dahi şair Nizami Gəncəvinin hikmət gülüstanı” və s.

Ədəbi-bədii gecələr oxucu konfransına yaxın tədbirlərdəndir.Bu cür gecələrin keçirilməsinin də özünəməxsus xarakterik cəhətləri vardır. Ədəbi-bədii gecələrin köməyi vasitəsilə oxuculara dahi şair haqqında geniş məlumat verilir.Tədbirə şairin həyat və yaradıcılığından danışmaq üçün Nizamişünas alimləri dəvət etmək tədbirin daha canlı keçməsinə imkan yaradar.Həmin şəxslər şair haqqında geniş məlumat verib oxucuların suallarına da cavab verə bilər.Həmin şəxslər şairin ayrı-ayrı əsərlərindən bəhs etsə daha maraqlı olar.Bundan sonra digər cıxış edənlərə söz verilir.Gecədə tədbirin mövzusuna uyğun gələn şerlərdən parçalar söylənilməli, eləcə də tədbirdə cıxış edən şairlərin də mövzuya uyğun şerlərin söylənilməsi tədbiri daha da maraqlı edər.

Nizami Gəncəvinin şerlərinə bəstələnmiş mahnıların ifası ,eləcə də şairə həsr olunmuş ayrı-ayrı əsərlərinə başqa şairlərin şerləri səslənə bilər da tədbiri rəngarəng və məzmunlu edər.Burada şairin əsərləri əsasında yazılmış operadan (Leyli və Məcnun », »Yeddi gözəl »əsərlərindən səhnələr göstərmək yerinə düşər.Dram teatrın artislərinin ifasında şeir və poemalardan parçalar da ifa etmək tədbirin canlı keçməsinə səbəb olar.

Nizami poeziyasının mövzu dairəsi çox genişdir. Burada iqtisadi məsələlərə, incəsənətə, mədəniyyətə,estetikaya,əməyə və vətənpərvərliyəvə s. dair yüksək fikirlər vardır.Ona görə də kitabxanalarda şairin əsərlərini geniş şəkildə təbliğ etmək üçün kitabxanaçıdan yüksək bilik və bacarıq tələb olunur.Çünki,göstərdiyimiz məsələlər üzrə gənc oxucuya fərdi xidmət göstərmək ,onun sorğusuna ətraflı cavab vermək və bu zaman onun yaş xüsusiyyətlərini nəzərə almaq lazımdır.

Şairin yubileyinə hazırlaşarkən onun az tanınmış əsərlərini birinci növbədə oxuculara çatdırmaq, tədbirlər planı hazırlayarkən belə əsərlərin təbliğinə daha çox diqqət yetirmək tövsiyə olunur.Göstərilən əsərlərin müzakirəsini təşkil etmək, nizamişünasları bu müzakirələrə dəvət etmək lazımdır.Ümumiyyətlə kütləvi tədbirlərin rəngarəng keçməsi üçün illüstrativ kitab sərgilərindən geniş istifadə edilməsi tövsiyə olunur.

Şairin əsərləri bütün oxucu qrupunu əhatə etdiyi üçün əsərlərini təbliğ etmək məqsədilə tədbirdə iştirak edən oxucu qrupu, onların yaş xüsusiyyətləri və s. nəzərə alınmalıdır.Bu tədbirlər zamanı şairin əsərlərinin bədii dəyəri göstərilməli. Ideya məzmunu açılmalı, əsər haqqında məlum olmayan və yeni aşkarlanan fikir və faktlar oxucuya geniş şəkildə çatdırılmalıdır.Keçirilən tədbirlərin məzmunlu alınması üçün yazıçıları, ali və orta məktəb müəllimlərini və şəhərin digər nümayəndələrini bu işə cəlb etmək olar.


Yüklə 226,81 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin