Nizami Gəncəvi



Yüklə 226,81 Kb.
səhifə20/28
tarix03.01.2022
ölçüsü226,81 Kb.
#42865
1   ...   16   17   18   19   20   21   22   23   ...   28
aparıcı: söz verilir- Gəncə Dövlət Universitetinin professoru, Nizamişünas Xəlil Yusifliyə. XII əsr intibahının parlaq zəkası, söz sənətinin əbədiyaşar nümayəndəsi,
Azərbaycan xalqının mütəfəkkir oğlu, filosof - şair dahi Nizami Gəncəvi yaradıcılığa lirik şerlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və

qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir. Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olmuşdur. İndi isə izninizlə “Sən sahili yox ümmünsan”şerimi söyləyim.

aparıcı: Qəmbər Hüseynli adına Gəncə Musiqi Texnikumunun vokal müəllimi Mehbarə Cəfərovanın ifasında dahi şairin qəzəlinə yazilmış “Gülüm” romansı səslənəcək.

aparıcı:   çıxış edir: fəlsəfə doktoru, nizamişünas Sabir Həsənzadə - “Nizami və musiqi”Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Nizami yaradıcılığında öz əksini tapan muğam dəstgahlarının şöbə və guşələrinin, rənglərin, dəramədlərin, təsniflərin adları müəyyən assimilyasiyaya uğramışsa da, onların bir qismi isə Nizami yaşadığı dövrdə olduğu kimi, bu gün də öz adları ilə yaşayır. Məsələn, Nizami yaradıcılığında bədii mədəniyyətimizin ən əvəzsiz incilərindən hesab olunan, qiymətləndirilən, təhlil edilən "Rast", "Hisar", "İraq", "Mahur", "Nəva", "Rəhavi" ("Rəhab"), "Səbz-dər-səbz", "Sazi-Novruz" kimi muğam nümunələri indi də el sənətkarlarımız tərəfindən eyni adla ifa edilir.


Yüklə 226,81 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin