Nizami hər sözü demiş birinci, Qoymamış cilasız qalsın bir inci. Əmir Xosrov Dəhləvi.
Çox zamanlar təbim quşu söz bağında qanad açdı,
Qafiyəli nəğmələrim yeddi evə inci saçdı;
“Yeddi gözəl”əsəri tək o gəncəli xəznədarın
Yüz xəzinə qiyməti var şerindəki mənaların
Əbdürrəhman Cami
Olmaz asan bu meydan içrə durmaq,
Nizami pəncəsinə pəncə vurmaq.
Özbək şairi Əlişir Nəvai
O sənət Məkkəmdir,şeir pirimdir,
Nizami ən qədim, ən müdrikbabam,
Nizami ən yaxın müasirimdir.
Şair Tofiq Bayram
Yüksək şair dühasına malik Nizami əsərlərində zərif eşq, dərin məhəbbət əlaqələrindən... bəhs edən poemaları, heyrətamiz dərəcədə gözəl və rəngarəngdir.Nizaminin əxlaqi məsələlərə həsr edilmiş əsərlərində də bədii səmimilik var.Onu ancaq özü ilə ölçmək olar.
Alman şairi Höte B. Dünya ədəbiyyatını oxuyandan sonra qərara gəldim ki, Nizamini heç kəslə müqayisə etmək olmaz
Şərqşünas alim Y-E.Bertels Öz əksini bizim əsərlərdə tapan bir neçə epizod Nizaminin “Yeddi Gözəl” və “Xosrov və Şirin” əsərlərindən götürülmüşdür.
Fransız şərqşünası - Derblo Bartelemi Azərbaycan xalqının ən böyük oğlu Nizaminin yaradıcılığı Orta Asiya xalqlarının, o, cümlədən özbək xalqının mədəniyyətinə çox böyük təsir göstərmişdir.Nizaminin adı ölməzdir.Bu poeziya günəşinin hərarətindən ilham alıb kamilləşən heç də təkcə Nəvai deyildir.
Özbək şairi - Yaşen Kamil ...Aşiqanə şerin,məhəbbət nəğmələrinin yaradıcısıdır.Nizamidir.Nizami dastanlarının hər beyti bir qəzələ bərabərdir.
Şibli Numani Məhəbbət –Tehran Nizaminin bilik və kamalda böyüklüyü o dərəcədədir ki, yazmaqda qələm, söyləməkdə dil acizdir.Onun sözündə şirinlik , məlahət və gözəllik var.Odur ki, kamal sahibləri onu sevirlər.
Dövlətşah Səmərqəndi- “Təzkirətüş şüəra” Nizami yüksək yaradəcələq ilhamına malik olan bir şəxsiyyətdir.Nizami dahi və humanist mütəfəkkirdirdirO gözəl poeziyasında olduğu kimi ,ədalətə, bəşəriyyətə məhəbbətində də əzəmətlidir.Nizami despotizmə qarşı cəsarət və qətiyyətlə mübarizə aparmışdır.Biz onu ...dünya şairi hesab edirik.
Meşşaninov İ. Necə ki, Nizami şeri sənəti! Sözün bərabərsiz inciləri tək.
Nizami dühası hələ dünyada ,Çox-cox ürəkləri fəth eliyəcək. Vladimr Luqovskoy
Sərgi Başlıq
1 2 34 4 5
sitat şer
6 74 8 9 104 11 sitat
12 13 4 14 15 16 4 17
şer sitat
18 19 20 21 22 23
səgisinin tərtibatı.
1.Dahi şair Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı sərəncam
2.Nizami Gəncəvinin yaradıcılığından sitat
3. Nizami Gəncəvi haqqında deyilmiş fikirlərdən sitat
4.Nizami Gəncəvinin əsərləri
5.Haqqında olan ədəbiyyat
6. Haqqında dövrü mətbuat
7.Bu kitbları oxuyun!.
b b b ” Sözün zirvəsi, zirvənin sözü” b b b
(musiqili ədəbi- bədii gecənin ssenarisi)
Monitorda dahi ş.air Nizami Gəncəvinin anadan olmasının 870 illiyi ilə bağlı şekil qoyulub-vidio klipdən kadrlar /rolik/göstərilir) zalda böyük kitab sərgisi təşkil olunub
aparıcı: hörmətli tədbir iştirakçıları Sizi dahi Nizaminin anadan olmasının 870 illiyi ilə bağlı ” Sözün zirvəsi, zirvənin sözü” adlı musiqili ədəbi-bədii gecədə xoş g[rdwk! Yenə təntənə var Azərbaycanda
Nizami ilidir, yubileyidir.
Nizami yaşadan ürəkdə,canda,
Bu xalqa vətənə nizamiliyidir. 870 il bundan əvvəl Azərbaycan poeziyası göylərində bir günəş doğdu.870 ildir ki.bu günəş yanır,sönmək bilmir,ürəkləri ,şüurları nurlandırır, zülmətdə yaşayanların yolunu işıqlandırır,dünyanı boş əyləncə sayanlara müdriklik öyrədir,oxucuya ruhi – mənəvi qida verir.Bu günəş Nizamidir...qəlb şairi Nizami,dünyanı öz dahiliyi ilə heyrətə salan Nizami! Nizami Azərbaycan ədəbiyyatı tarixində böyük bir ədəbi məktəb yaratdı.Nizami şeri bəşəriyyət tarixində nadir sənət nümunələrindəndir.
aparıcı: “Ay üzlü nigarım, kimə mehman olacaqsan? Bir söylə, kimin şəninə şayan olacaqsan?” - Zirvə tədris məktəbinin tələbəsi Əjdərzadə Şəhanə
aparıcı : çıxış edir: Gəncə İcra hakimiyyətinin nümayəndəsi Yadigar Məmmədov –
07 iyun 2011-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyətində ictimaiyyət nümayəndələrinin iştirakı ilə dahi şairin yubileyi ilə bağlı toplantı keçirilmiş, yubileyin keçirilməsi məqsədilə işçi qrupu yaradılmışdır. yubileylə əlaqədar Nizami Gəncəvi yaradıcılığının müxtəlif dövrlərini əks etdirən kitabların nəşrə hazırlanır.Həmçinin şairin şərəfinə “Nizami” kompleksi yaradılacaq. Abidə Gəncənin Göygöl rayonu istiqamətindəki çıxışında hazırlanacaq. Kompleksin müəllifi şəhərin baş rəssamı, əməkdar rəssam Şərif Şərifovdur. Kompleksdə dahi şairin “Xəmsə”sinin motivləri əsasında “Beşbulaq” inşa ediləcək. Təxminən bir hektar ərazini əhatə edəcək kompleksin mərkəzində isə Nizami Gəncəvinin heykəli ucaldılacaq. Kompleksin ərazisində salınacaq parkda yeni işıqlandırma sistemi quraşdırılacaq və şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılacaq.
aparıcı: Rüstəm Cəfərovun ifasında şairin “Sevgili canan” romansı səslənəcək. mus.Ü.hacıbəyovundur.
aparıcı: söz verilir- Gəncə Dövlət Universitetinin professoru, Nizamişünas Xəlil Yusifliyə. XII əsr intibahının parlaq zəkası, söz sənətinin əbədiyaşar nümayəndəsi, Azərbaycan xalqının mütəfəkkir oğlu, filosof - şair dahi Nizami Gəncəvi yaradıcılığa lirik şerlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və
qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir. Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olmuşdur. İndi isə izninizlə “Sən sahili yox ümmünsan”şerimi söyləyim.
aparıcı: Qəmbər Hüseynli adına Gəncə Musiqi Texnikumunun vokal müəllimi Mehbarə Cəfərovanın ifasında dahi şairin qəzəlinə yazilmış “Gülüm” romansı səslənəcək.
aparıcı: çıxış edir: fəlsəfə doktoru, nizamişünas Sabir Həsənzadə - “Nizami və musiqi”Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Nizami yaradıcılığında öz əksini tapan muğam dəstgahlarının şöbə və guşələrinin, rənglərin, dəramədlərin, təsniflərin adları müəyyən assimilyasiyaya uğramışsa da, onların bir qismi isə Nizami yaşadığı dövrdə olduğu kimi, bu gün də öz adları ilə yaşayır. Məsələn, Nizami yaradıcılığında bədii mədəniyyətimizin ən əvəzsiz incilərindən hesab olunan, qiymətləndirilən, təhlil edilən "Rast", "Hisar", "İraq", "Mahur", "Nəva", "Rəhavi" ("Rəhab"), "Səbz-dər-səbz", "Sazi-Novruz" kimi muğam nümunələri indi də el sənətkarlarımız tərəfindən eyni adla ifa edilir.
aparıcı: ifa edir: Gəncə şəhər Qəmbər Hüseynli adına Musiqi Texnikumunun vokal
müəllimi, əməkdar artist Sevinc İbrahimova N.Gəncəvinin sözlərinə yazılmış “Qəmər nə lazım”
aparıcı: söz verilir -Gəncə Mədəniyyət və Turizm idarəsinin baş inspektoru Bəxtiyar Muradova. Nizami Gəncəvinin yubileyi ilə bağlı bütün mədəniyyət idarələrində o cümlədən kitabxanalarda da tədbirlər keçirilir.Bu tədbir də həmin tədbirlərin bir növ davamıdır və oktyabrın 10 –a kimi bu tədbirlər davam edəcək. Bu gün dahi şairə həsr etdiyim kiçik şerimi söyləmək istəyirəm.“Nə qədər həyat var dünya söz xəzinəsi onunla parlayacaq”
aparıcı: Ifa edir: Vokalçı Vasif Bayramov “Yenə tövbə evimi” romansı.
aparıcı: söz verilir Gənc Vətənpərvərlər Birıiyinin Gəncə nümayəndəsi Elçin Axundova. Nizami Gəncəvi həm də böyük vətənpərvər idi. O bütün əsərlərdə təsvir etdiyi hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş qüdrətli günlərini tərənnüm etməyə çalışmışdır. Nizaminin əsərlərində vətən təbiətinin gözəllikləri tərənnüm olunur. Onun yaradıcılığında azərbaycan şifahi xalq ədəbiyyatından - dastan, əfsanə, nağıl və atalar sözlərindən bol-bol və məharətlə bəhrələnmişdir. Nizami Gəncəvinin süjetləri isə, öz növbəsində Azərbaycan folkloruna əhəmiyyətli tə`sir göstərmişdir.”Şerdən ucalıq umma daha Nizamilə qurtardı oda” şerini söylədi.
aparıcı: Sazda Ifa edir: Rahib Qəribov “Ruhani
aparıcı: söz verilir şair Sahib Axundova. Dahi şairin irsinin qorunub saxlanması və tədqiq edilməsi istiqamətində görüləcək işlərdən biri də Gəncə Nizami Gəncə Mərkəzinin tikintisi olacaq. bu mərkəzdə dahi şairin həyat və yaradıcılığını əks etdirən xalq sənəti nümunələrinin, eksponatların, qədim əlyazmaların sərgilənəcək.yubileyə hazırlıqla
əlaqədar emalatxanalara Nizami dövrünün həyat tərzini əks etdirən qədim xalq sənəti nümunələrinin sifariş edilmişdir.
aparıcı: Uşaq internat məktəbinin şagirdlərinin ifasında “Nizaminin hikmətli sözləri”
Monitorda dahi şair Nizami Gəncəvinin anadan olmasının 870 illiyi ilə bağlı vidio klipdən kadrlar göstərilir.
aparıcı: söz verilir şair Bahadur Fərmana : Şərq Renessansının zirvəsi görkəmli Azərbaycan şairi Nizami Gəncəvi adı ilə bağlıdır. Onun əsərlərində dövrün ən humanist, ümumbəşəri ictimai-fəlsəfi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır. Nizami Gəncəvi lirikası, yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi ilə bağlı humanist düşüncələri ilə seçilir. Məhəbbət mövzusunun Şərq ədəbiyyatında geniş yayılmasında, ictimai-bəşəri ideallarla, humanist məzmunla zənginləşməsində Nizami Gəncəvi poemalarının mühüm rolu olmuşdur
aparıcı: çıxış edir: Qəmbər Hüseynl adına musiqi məktəbinin müəllimi İbrahimova Sevinc “Lirik mahnı” söz: N.Gəncəvi mus.Ü.Hacıbəyov
aparıcı : çıxış edir “Nizami Gəncəvinin həyat və yaradıcılığı”- Gəncəbasar Yazarlar birliyinin sədri Məmməd Alim
aparıcı : çıxış edir: “Mümkündür məni qurban edəsən” – Zirvə tədris məktəbinin tələbəsi Şahbazlı Türkan
aparıcı : çıxış edir:F.Əmirov adına 1 saylı Uşaq musiqi məktəbinin kollektivinin çıxışı
aparıcı: çıxış edir Uşaq internat məktəbinin şagirdlərinin ifasında “Yeddi gözəl” - dən səhnəcik
aparıcı: söz verilir “Xocalının səsi” qəzetinin baş redaktoru, şair-jurnalist Qasım Qırxqızlı,
aparıcı: ifa edir: N.Gəncəvinin qəzəlinə yazılmış
“lirik mahnı “ Gəncə şəhər Qəmbər Hüseynli adına Musiqi Texnikumunun vokal müəllimi, əməkdar artist Sevinc İbrahimova
aparıcı: Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd, Təbriz, Tehran, Qahirə, İstambul, Dehli, London, Paris
və s. şəhərlərin məşhur kitabxana, muzey və əlyazmalar fondlarında qiymətli incilər kimi qorunub saxlanılır. Yaradıcılığı Şərq incəsənətinin inkişafında mühüm rol oynamışdır
aparıcı : “Nizami Gəncəvinin dünya ədəbiyyatında rolu”-çıxış edir: şair Əlizadə Aləmzər
aparıcı: ifa edir: Rüstəm Cəfərov “Sənsiz” romansı
aparıcı: XVII əsrin sonundan Avropa və Rusiyada Nizami Gəncəvi irsinə maraq artmış, əsərləri ingilis, alman, fransız, italyan, ispan, rus, yapon və s. dünya dillərinə tərcümə olunmuş, həyat və yaradıcılığı öyrənilmişdir.
Biz sizin hər birinizi böyük Nizami Gəncəvinin sənət dünyası, ədəbi irsinə dərindən yiyələnməyə, hikmət və nəsihətlərindən örnək götürməyə çağırırıq!
Bütün aləmləri idrakının və hissiyyatının dinamik gücü ilə çox asanlıqla fəth edən parlaq, ensklopedik zəka sahibi, ulu mütəfəkkir, bütün elmlərin kilidlərinə işıqlı fəhminin açarını salan böyük Nizami Gəncəvinin sənət dünyasının hüdudları o qədər sonsuzdur ki, neçəki insanlıq mövcuddur və hətta neçə-neçə yüz illər, min illər bundan belə irsi araşdırılacaq , təbliğ olunacaqdır. Dünya bədii mədəniyyət tarixində ən böyük və əlamətdar möcüzələrdən olan Nizami sənəti kamillik və müdriklik zirvəsidir. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizaminin söz gülüstanı daim yaşayacaq, təravət və gözəlliyini əbədi qoruyub saxlayacaqdır.
Bəli, dahi şairin ölməz ideyaları min il əvvəl də aktual idi, bu gün də hayatla səsləşir və min il sonra da öz dəyərini itirməyəcəkdir.
Tədbirdə digər çıxışlar da ola bilər. MKS-nin direktoru Elmira Əliyeva gecənin qonaqlarına və bütün iştirakçılara öz minnətdarlığını bildirərək tədbiri bağlı elan etdi.Tədbirin sonunda kitabxanaçı çıxış edərək yeniyetmələrimizə böyük Nizami Gəncəvinin irsini dərindən yiyələnməyə vurğulayır. Tədbirin sonunda təşkilatçılara, onu öz çıxışları ilə maraqlı edən şagirdlərə minnətdarlıq bildirilir.
Tədbirin sonunda iştirakçıkar yubileylə bağlı təşkil olunmuş geniş kitab sərgisi və Gəncə şəhər Rəsm qalereyasının işçisi Məhbubə xanımın N. Gəncəvinin əsərlərindən ibarət hazırlanmış əl işləri ilə tanış oldular.
www nizami.az
www.google.az
www.youtube.com
www.az.wikipedia
www You +1'd this publicly. Undo
az.wikibooks.org
www.kitabxana.org
You +1'd this publicly. Undo
www.ganca.net
www.Ganca.az
www.ilk10.az/news
www.president.az You +1'd this publicly. Undo
www.kataloq.net
www.zeka.az
b b
b
Veb.saytlar
b b
b
You +1'd this publicly. Undo
Tövsiyə etdiyimiz tədbirləri keçirərkən aşağıdakı ədəbiyyat siyahısından istifadə olunmasını məsləhət bilirik.
ƏDƏBİYYAT SİYAHISI
Nizami Gəncəvinin əsərləri
1. Nizami Gəncəvi. Hikmət və nəsihətlər =Aфоризмы /Tərtib edən R.Əliyev.-B.:
Yazıçı, 1982.-132 s.
2. Nizami Gəncəvi. Xəmsə: Poemalardan parçalar.-B.: Gənclik, 1981.-276 s.
3. Nizami Gəncəvi. Xosrov və Şirin: Poema /Tərc.edən R.Rza.-B.: Lider,2004.-392 s.
4. Nizami Gəncəvi. Xosrov və Şirin /Tərc.edən R.Rza.-B.: Azərbaycan SSR EA
6. Nizami Gəncəvi. İskəndərnamə.Şərəfnamə /Tərc.edən A.Şaiq.-B.: Lider,2004.- 432 s.
7. Nizami Gəncəvi.İskəndərnamə:Poema /Tərc.edən X.Rza.-B.: Gənclik, 2002.-866s.
8. Nizami Gəncəvi. İskəndərnamə; Şərəfnamə; İqbalnamə /Tərc.edən A.Şaiq,
M.Rzaquluzadə.-B.: Yazıçı, 1982.-688 s.
9. Nizami Gəncəvi. İskəndərnamə.-B.: Azərbaycan SSR EA Nəşriyyatı, 1964.-426 s.
10.Nizami Gəncəvi. Qəzəllər.-B.: Azərnəşr, 1973.-68 s.
11.Nizami Gəncəvi. Leyli və Məcnun:Poema /Tərc.edən S.Vurğun.-B.:Lider, 2004.-288 s.
12.Nizami Gəncəvi.Leyli və Məcnun:Poema /Tərc.edən S.Vurğun.-B.:Yazıçı, 1983.-303 s.
13.Nizami Gəncəvi. Leyli və Məcnun: Poema /Tərc.edən S.Vurğun.-B. Azərbaycan
SSR EA Nəşriyyatı, 1959.-277 s.
14.Nizami Gəncəvi. Lirika. -B.: Lider, 2004.-160 s.
15.Nizami Gəncəvi. Lirika. -B.: Gənclik, 1980.-96 s.
16.Nizaminin hikmət və nəsihətləri.-B.: Yazıçı, 1981.-152 s.
17.Nizami Gəncəvi. Poemalar. I kitab.-B.: Maarif, 2002.-240 s.
18.Nizami Gəncəvi. Poemalar. II kitab.- -B.: Maarif, 2002.-212 s.
19.Nizami Gəncəvi. Sirlər xəzinəsi. Poema /Tərc.edən X.Rza.-B.: Lider, 2004.-264 s.
20.Nizami Gəncəvi. Sirlər xəzinəsi.-B.: Yazıçı, 1981.-195 s.
21.Nizami Gəncəvi.Yeddi gözəl: Poema /Tərc.edən M.Rahim.-B.: Lider,2004.-336 s.
22.Nizami Gəncəvi. Yeddi gözəl: Poema /Tərc.edən X.Rza.-B.: Azərbaycan
Ensiklopediyası Nəşriyyat Poliqrafiya birliyi.-2000.-416 s.
23.Nizami Gəncəvi. Yeddi gözəl: Poema /Tərc.edən B.Azəroğlu.-B.: Yazıçı, 1992.-280 s.
24.Nizami Gəncəvi. Yeddi gözəl: Poema.-B.: Yazıçı, 1983.-356 s.
303.Səfərli Ə., Yusifov X. Nizami Gəncəvi: [Həyat və yaradıcılığı haqqında] //Səfərli Ə., Yusifov X. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı.-B.: Maarif, 1982.-S.78-137.
31.Nizami Gəncəvi. Bahariyyə: “Yeddi gözəl” poemasından parça //Vətən səsi.-
48.Nizami Gəncəvi. Sənsiz: Şeir //Azərbaycan qadını.-1991.- № 11-12.-S.13.
Nizami Gəncəvi haqqında Kitablarda:
1.Abdullayeva S. Nizami yaradıcılığında uşaq ədəbiyyatı nümunələri //Dil
məsələlərinə dair tematik toplu.-B.: Azərbaycan Pedaqoji İnstitutu, 1988.-S.206-210.
2.Araslı H. Şairin həyatı: [Nizami Gəncəvi haqqında].-B.: Gənclik, 1967.-187 s.
3.Arif M. Azərbaycan xalqının ədəbiyyatı: [Nizami Gəncəvi haqqında].-B.:
Azərnəşr, 1958.-S.10-18.
4.Azadə R. Nizami Gəncəvi: [Şairin həyat və yaradıcılığı haqqında].- B.: Elm, 1980.-76 s.
5.Azadə R. Nizami yaradıcılığı Azərbaycan epik şeirinin inkişafında yüksək zirvə kimi //Azadə R. Azərbaycan epik şeirinin inkişaf yolları.-B.: Elm, 1975.-S.47-124.
6.Azadə R. Nizami şeirində süjet və kompozisiya nisbəti //Sovet ədəbiyyatşünas-lığının aktual problemləri. Məqalələr məcmuəsi.- B.: Elm, 1974.-S.271-282.
7.Cəfər M. Klassik şeirimizdə Nizami yaradıcılığı motivləri //Cəfər M. Seçilmiş əsərləri.-B.: Azərnəşr, 1973.-S.22-31.
8.Cəfər M. Sözlərin hakimi: Nizami Gəncəvi: [Şairin həyat və yaradıcılığı
haqqında] //Cəfər M. Seçilmiş əsərləri.I cild.-B: Azərnəşr, 1973.-S.12-22.
9.Əhmədov S. Nizami Gəncəvi: (1141-1209): [Şairin həyat və yaradıcılığı
haqqında] //Əhmədov S. Azərbaycan tarixindən yüz şəxsiyyət.-B.: ”Ayna
Mətbu Evi”, 2006.-S.33-35.
10.Əlibəyli Ç. Düşündürən təfəkkür: [Nizami Gəncəvi haqqında] //Əlibəyli Ç.
Düşündürən dünyamız.-B.: Elm, 1998.-S.79-84.
12.Əlioğlu M. Nizaminin məhəbbəti: Nizami Gəncəvi: [Şairin yaradıcılığı
haqqında] //Əlioğlu M. Ədəbi fraqmentlər.-B.: Gənclik, 1974.-S.8-11.
13.Əliyev R. Nizami Gəncəvi: [Şairin həyat və yaradıcılığı haqqında].-B.: Yazıçı, 1991.-112 s.
14.Əliyev R. Nizami: Qısa biblioqrafik məlumat.-B.: Yazıçı, 1983.-379 s.
15.Əliyev R. Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında // Nizami Gəncəvi Hikmət və nəsihətlər=Афоризмы.- B.: Yazıçı, 1982.-S.5-22.
16.Əliyev S. İnsana arxadır onun kamalı: Nizami Gəncəvi: [Şairin yaradıcılığı haqqında].-B.: Yazıçı, 1991.-171 s.
17.Hüseyn M. Səadət və məhəbbət müğənnisi: [Nizami Gəncəvi haqqında]
//Hüseyn M. Ədəbiyyat və sənət məsələləri .-B.: Azərnəşr, 1958.-S.438-461.
18.Xalisbəyli T. Nizami Gəncəvi yaradıcılığında atalar sözü və zərb-məsəllər
//Nizami Gəncəvi və Azərbaycan qaynaqları.- B., 1991.-S.269.
19.Xəndan C. XIX-XX əsr Azərbaycan ədəbiyyatında Nizami mövzuları //Xəndan
C. Ədəbi qeydlər.- B.: Azərnəşr, 1966.-S.3-22.
20.Xəndan C. Nizami Gəncəvi: [Nizami Gəncəvinin poemaları haqqında]
21.İbrahimov M. Şeirimizin şərəf və iftixarı: Nizami Gəncəvi: [Şairin həyat və
yaradıcılığı haqqında] //İbrahimov M. Əsərləri. 10 cilddə.C.9.- B.: Yazıçı, 1982.-
s.285-309.
22.Köçərli F. Şeyx Əbuməhəmməd İlyas İbn Yusif İbn Müəyyəd Nizami: [Nizami
Gəncəvi haqqında] //Köçərli F. Azərbaycan ədəbiyyatı. 2 cilddə.C.1.-B.: Elm,
1978.-S.129-133.
23.Mübariz Ə. Nizami Gəncəvi: [Şairin həyat və yaradıcılığı haqqında] //Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə.C.1.-B.: Azərbaycan SSR EA Nəşriyyatı, 1960.-S.106-194.
33.Mümtaz S. Şeyx Nizami: [Nizami Gəncəvi haqqında] //Mümtaz S. Azərbaycan ədəbiyyatının qaynaqları.-B.: Yazıçı, 1986.-S.347-349.
34.Namazov Q. Nizami Gəncəvi: [Yaradıcılığı haqqında] //Namazov Q. Azərbaycan uşaq ədəbiyyatı.- B.: Bakı Universiteti nəşriyyatı, 2007.-S.45-57.
35.Nəbiyev B. Nizami və Gəncə //Nəbiyev B. Çətin yollarda .-B.: Elm, 2000.-s.2538.
36.Nizami Əbu Məhəmməd Nizaməddin İlyas İbn Yusif İbn Müəyyəd Gəncəvi:
[Nizami Gəncəvinin poemaları haqqında] //Tərbiyət M. Danışməndani- Azərbaycan.-B.: Azərnəşr, 1987.-S.256-261.
37.Nizami Gəncəvi-850: [Şair haqqında məqalələr].-B.: Bakı Universiteti
nəşriyyatı, 1992.-355 s.
38.Nizami: [Nizami Gəncəvi haqqında yazılmış məqalə və tədqiqatıar].-B.:
Azərnəşr, 1947.-242 s.
39.Nizami Gəncəvinin həyat və yaradıcılığının ümumtəhsil məktəblərində tədrisi
məsələləri.- B.: Maarif, 1987.-168 s.
40.Rüstəmova S. Nizami Gəncəvi yaradıcılığının öyrənilməsi və şagirdlərin mənəvi tərbiyəsi.- B.: Maarif, 1983.-56 s.
41.Səfərov Ş. Nizami yaradıcılığı və mənəvi tərbiyə //Səfərov Ş. Azərbaycan
ədəbiyyatı və şagidlərin vətəndaşlıq tərbiyəsi.- B.: Maarif, 1985.-S.98-102.
42.Səfərov Ş. Orta məktəbdə Nizami yaradıcılığının tədrisi //Səfərov Ş. Şagirdlərin
bədii təfəkkürünün inkişafı.- B.: Maarif, 1989.-S.100-105.
43.Ulutürk X.R. Bədii sözün tanrısı: [Nizami Gəncəvi haqqında] //Nizami
Gəncəvi.Yeddi gözəl.-B.: Azərbaycan Ensiklopediyası Nəşriyyatı Poliqrafiyası
birliyi, 2000.-S.3-6.
44.Vəliyev İ. Azərbaycan Renessans poeziyasının ideya əsası kimi. Nizami və
insan təlimi tarixində onun yeri. İdeya-bədii və funksional yeniliklər //Vəliyev. Ədəbiyyatda insan konsepsiyası.- B., 1999.-S.163-180.
45.Vurğun S. Azərbaycan sovet ədəbiyyatı və Nizami //Vurğun S. Böyük sənət uğrunda.- B.: Gənclik, 1970.-S.111-124.
46.Yusifov X. Nizaminin lirikası.- B.: Azərbaycan SSR EA Nəşriyyatı, 1968.-275 s.
haqqında] //Ədəbiyyat qəzeti.-1992.-27 mart.-S.6
“Gəncə “İskəndərnamə” əsərinin müəllifi şair Nizamini dünyaya bəxş etmişdir.”
ŞEİRİ OXUNANDA BU NİZAMİNİN
ÖZÜ DƏ HƏR SÖZDƏ GÖRÜNƏR YƏQİN.
GİZLƏNİB ÖZÜNÜ VERMƏZMİ NİŞAN,
SƏNƏ HƏR BEYTİNDƏ BİR SİR DANIŞAN.
YÜZ İL SONRA SORSAN BƏS O HARDADIR?
HƏR BEYTİ SƏSLƏNƏR::
“BURDA, BURDADIR” !
NİZAMİ GƏNCƏVİ
b b b
Tərtib edən : Abbasova İradə Metodiki işlərin təşkili şöbəsinin müdiri
Bu vəaitdə dahi şair Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyi ilə bağlı kitabxanalarda keçiriləcək tədbirlərin metodikası göstərilmişir.Metodik vəsait : Əsrlərə nur saçan poeziya/ Dahi şair Nizami Gəncəvinin anadan olmasının 870 illiyi /. Tərt. edən İ.Abbasova, - Gəncə, 2011. s.28. b b b Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi. 2011.