Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar çap olunmuş yeni məqalələr


Rəvayətlərdən “Sirlər xəzinəsi”nə gedən izlər



Yüklə 207,32 Kb.
səhifə3/11
tarix07.01.2022
ölçüsü207,32 Kb.
#86606
1   2   3   4   5   6   7   8   9   10   11
Rəvayətlərdən “Sirlər xəzinəsi”nə gedən izlər:

“Sirlər xəzinəsi”ndə bilavasitə xalq ədəbiyyatından alınmış süjet və motivlər çoxdur. “Sirlər xəzinəsi”ndə şifahi xalq ədəbiyyatı ilə yaxından səsləşən maraqlı hekayələrdən biri də “Firudin və ahunun dastanı”dır. Firudin şah başının adamları ilə ova çıxır. Onlar çöldə məsum bir ahuya rast gəlirlər. Şah ahunu ovlayana qədər ahu öz gözəlliyi ilə onun qəlbini fəth edir, ovsunlayır. Ona görə də şahın oxunun yayı boşalır, atdığı ox yan gedir. “İti yürüşlü atı” ona çata bilmir. Şahı heyrət götürür, öz oxuna və atına təəccüblü suallar verir:

Firudin oxa dedi: “Sənin kinli lələyin hanı?”

Rəxşə isə dedi: “Sənin keçmişdəki yürüşün hanı?” 8,117

Nizami humanizminin dərinliyini, çoxcəhətliliyini əks etdirən bu hekayə bir tərəfdən müsəlman Şərqinin qabaqcıl fəlsəfi baxışları, digər yandan isə xalq yaradıcılığı ilə bağlıdır. Nizami öz humanist fəlsəfi düşüncələri ilə xalq yaradıcılığı nümunələri arasında ideyaca, məfkurəcə ciddi yaxınlıqlar, doğmalıqlar görmüş, ən bəşəri fikirlərini eldən aldığı hekayələrdə ümumiləşdirmişdir.

Nizaminin doğma yurdu qədim Gəncə yaxınlığında, Kəpəz dağında “Qanlı daş” deyilən bir daş vardır. Qocalar həmin daşla əlaqədar qəmli bir rəvayət danışırlar. Xanlar (indiki Göygöl) rayonunun Sarısu kəndində yazıya alınmış həmin nümunə ilə “Firudin və ahunun dastanı” hekayəsi arasında aydın nəzərə çarpacaq bir yaxınlıq görünməkdədir. Hər ikisində təbiətin bəzəyi ahuya atılan ox hədəfdən yayınır, daşa dəyir, daşın qəlbi “yaralanır”.

Xalq rəvayətində daş qəlbli bir ovçunun qəddarlığı göstərilir. Nizamidəki güclü humanizmin mənbəyini, bizcə, xalqda, onun bu cür dərin humanizmlə dolu əfsanə və rəvayətlərində, rəngarəng, bitib tükənməyən şifahi ədəbiyyat örnəklərində axtarmaq daha düzgün və ağlabatan olar. Şairin əsərləri üçün ilham mənbəyi və örnək sayıla bilən “Qanlı daş” kimi rəvayətlər bu fikri bir daha təsdiq etməkdədir.


Yüklə 207,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin