Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar çap olunmuş yeni məqalələr


Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş



Yüklə 207,32 Kb.
səhifə8/11
tarix07.01.2022
ölçüsü207,32 Kb.
#86606
1   2   3   4   5   6   7   8   9   10   11
Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş

konfransın materialları, Gəncə, 2012.

Sədnik Paşa Pirsultanlı,

Gəncə Dövlət Universitetinin professour,

filologiya elmlər doktoru,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Nizami Gəncəvi



Azərbaycan şifahi xalq ədəbiyyatı
Türk mifologiyasını öyrənmək ümumi bir işdir. Türk mifologiyasına Anadolu, Qazax, Özbək, Türkmən türklərinin, eləcə də, digər türk toplumlarının mifologiyası daxildir. Mənim üçün ən maraqlısı Azərbaycan mifologiyasıdır. Hər bir toplumun əcdadının məskunlaşdığı coğrafi ərazi mənə görə bir kainatdır. Ümumi bir aləm, bir kainat mövcud olduğu kimi hər bir türk toplumunun özünəməxsus kainatı vardır. Bu coğrafi ərazidə yaşayan insanlar daxil olduqları meridianlarda ayı, ulduzu görür, yurduna məxsus tanış dağları, çayları, gölləri, dənizləri tanıyır, məskunlaşdığı təbiətin florasına və faunasına bələd olur. Mən Azərbaycan totemlərini, toponimlərini, mifik obraz­la­rı­nı,müqəddəs kultlarını, bir sözlə, Azərbaycan mifologiyasını öyrənmək üçün doğma folklorumuza baş vurdum.

Azərbaycan ağız ədəbiyyatında mifoloji izləri axtararkən nəyi axtarıb tapmayanda onun qarşılığını Nizami Gəncəvinin “Xəmsə”sində tapdım. Mənim üçün aydın oldu ki, Azərbaycan folklorunun özəyi, Nizaminin “Xəmsə”sində yaşayır.Nizami “Xəmsə”si Azərbaycan folklorunun mən deyərdim ki, yazıya alınmış külliyyatıdır. Əgər Nizami əsərində Alparatın (Kəpəzin qədim adıdır) adı çəkilirsə, deməli burada söhbət Daqqultudan gedir. Orada qədim totemlər, toponimlər haqqında əsatir, əfsanə və rəvayətlər mövcuddur. Məlumdur ki,qədim inancları özündə yaşadan totemlərin varlığı əsatirlərə bağlıdır. Eləcə də toponimləri yaşadan rəvayətlər təhkiyyə şəklində onları bizə çatdırır. Azərbaycan mifologiyasını mən yaza bilərəm. Türk mifologiyasından danışanlar ümumi şəkildə öz fikirlərini kitab dili ilə izah edirlər. Azərbaycan mifologiyasını yazmaq üçün Azərbayan kainatına daxil olan coğrafi əraziləri gəzmək, onun folklorunu toplamaq və onun daxilində totemləri və toponimləri arayıb axtarmaq və tapıb yazıya almaq lazımdır. Azərbaycan folklorunun nəzəri cəhətləri toplama zamanı meydana çıxır. Birinci, toplayıcı həmin totemin, ona bağlı əsatirin hansı arealda olduğunu öyrənir, eyni zamanda o folklor nümunəsi danışan insanın hansı qədim tayfaya, hansı əraziyə bağlı olduğunu aşkar edir. 80 yaşlı bir qoca izah edir ki, bu əsatir və yaxud əfsanəni mənim babam atama danışmış,bunları mən atamdan eşitmişəm. Az qala bir əsatirin, əfsanənin 200-300 illik tarixi meydana çıxır. Əgər bunların qarşılığını Nizami əsərlərində axtarıb tapırıqsa, o zaman min illik bir tarixə ulaşmış oluruq. Biz əsatir və əfsanələrimizi öyrənərkən ayrı-ayrı folklor örnəklərində əski çağlarda Azərbaycan hansı adlarla çağırılmışsa onu da öyrənirik. Qədim zamanlarda Azərbaycan “Xızır Becan”, “Xəzər Becan” və başqa adlarla yaşadığını görürük. Xəzər dənizinin adı Xızırın adından götürülmüşdür. Xəzərin ətrafında “Xızı qalası”, “Xızı rayonu” var. Xızır Zində, Diri Baba dağları var. Türkmənlər bizim torpağa müraciət edərkən onu “Xəzər Becan” deyə çağırmışlar. Asetinlər Xəzər dənizinə Xəzər dənizi demirlər, “Xızı dənizi” deyirlər. Hətta, “Quran”da da Xəzər Becan Azərbaycan ölkəsi kimi qeyd olunur. Əlbəttə, ümumi şəkildə qeyd etmək olar ki, biz Azərbaycan folklorunda tapmadığımız bir örnəyi Nizami “Xəmsə”sində, Nizami “Xəmsə”sində tapmadığımız bir örnəyi Azərbaycan folklorunda tapırıq. Azərbaycan folklorunu Nizamidən kənarda, Nizamini isə Azərbaycan folklorundan kənarda düşünmək qeyri mümkündür. Azərbaycan folkloru Nizami əsərlərinin qanında, damarında axır.Onun döyünən ürəyində yaşayır. Azərbaycan folkloru Nizami əsərlərinin can özəyidir. Nizami öz əsərlərində nəinki Azərbaycanın əsatirlərində yaşayan totemləri yaşatmış, eyni zamanda Azərbaycan rəvayətlərində yaşayan toponimləri də yaşatmış, və Azərbaycanın bir sıra mifik obrazlarını öz əsərlərinə qəhrəman seçmişdir. Bunlardan daşyonan Fərhadı, Şirini, Məhinbanunu qeyd etmək olar. Nizami ilə Azərbaycan folklorunun əlaqələrini dərindən öyrənmək üçün Azərbaycan əsatir və əfsanələrini toplamaqla yanaşı Nizami misralarını, qeydlərini söz-söz aramaq, qarşılaşdırmaq və bununla Azərbaycan folklorunun Nizami əsərlərində qorunub saxlanılan cövhərlərini bir-bir tapıb üzə çıxarmalıyıq. Oğuz rayonundankı Daş ağıla getmək, Uğan dağını seyr etmək, Ulu çaydan kotanlar yerinə çəkilən Fərhad arxı haqqında daha yeni örnəklər toplamalı, Şəbbüzin Gürgünü Daş ağıl daşından gör götürdüyünü və bu adların Tovuzdakı Göy yurdla və oradakı Dəryaçay ilə bağlılığını aydınlaşdırmalıyıq.Əski çağlarda qəhrəmanlar qılınc oynatmaqla yox, külüngü ilə dağ çapmaqla fərqlənmişlər. Buna dair çox mifik nağıllarımız var ki, Nizami əsərləri ilə səsləşməkdədir. Nizami kiçik tapmacalardan, atalar sözlərindən, təmsillərdən, ayrı-ayrı hekayətlərdən, xaq məsəllərindən istifadə eməklə yanaşı mifik nağıllarımızdan əsatir və əfsanələrimizdən bol-bol istifadə etmişdir.


Yüklə 207,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin