NORM şirkətinin işçilərindən maraqların toqquşmasına gətirib çıxaracaq real yaxud mümkün vəziyyətlər və münasibətlərə yol verməmələri tələb olunur. Şirkətin resursları, adı, nüfuzu və gücündən şəxsi mənfəət üçün istifadəyə yol verməmələri və təşkilatın nüfuzu və imicinə mənfi təsir göstərə biləcək vəziyyətlərdən uzaq olmaq üçün işçilər buna görə böyük məsuliyyət daşıyırlar. Aşağıdakı prosedur qaydalarında şirkət işçilərinin öz vəzifələrini yerinə yetirərkən yaxud müəyyən biznes münasibətlərindən dolayı şəxsi həyatlarında üzləşə biləcəyi maraqların toqquşması hesab edilən vəziyyətlər yaxud münasibətlər və bu cür hallarda işçilərin riayət etməli olduqları prinsiplər əks olunur.