Novruz bayramının senarisi



Yüklə 31,04 Kb.
səhifə1/2
tarix15.07.2023
ölçüsü31,04 Kb.
#128530
  1   2
Novruz bayram senari.docx


Novruz bayramının senarisi

  1. Himin

1-ci aparıcı:- Salam əziz uşaqlar. Hörmətli müəllimlər və valideyinlər. Siz 1a sinif şagirdlərinin Novruz şənliyinə xoş gəlmisiniz.
2-ci aparıcı -Bu gün onlar sisi gözəl şeirlərlə, şən mahnılarla ,məzəli səhnəciklərlə şənləndirəcək
1-ap. İndi isə Bahar şeirini dinləyək.
Bahar

  1. Uğur olsun gözəl bahar!

Səni ellərə çox arzular
Ayaq basdın ölkəmizə
Şənlik, sağlıq gətir bizə
Qoy sel kimi yağsın yağış
İnəyini sağsın yağış


  1. Sellər axsın çaylar daşsın

Sevincimiz başdan aşsın
Çatır-çatır yansın ocaq
Qoy şənlənsin oğul uşaq.
Çöllər sünbül saçlı əkin
Parıldasın qızıl təkin


  1. Dağlar bəzək vursun yenə

Dağda bağda axşam səhər
Ətir saçsın bənövşələr.
Həvəs maraq gəlsin bizə
Çalışaq öz dərsimizə
Səməni
Səməni ay səməni
Göyərdərəm mən səni
Sən gələndə yaz olur
Yaz olur avaz olur
Xoşdur dədənin sazı
Yazda ötkəm avaz
Səməni can səməni
Göyərdərəm mən səni

  1. Bahar gəlir mahnısı oxuyur.................................................

2-cı aparıcı. Novruz çərşənbəsinə aid sınamaları dinləyək.

  1. Axar çərşənbənin axşamə pis danışmaq, heysiz olmaq, naylaiq hərəkət etmək olmaz.Deyərlər ki, insan bu çərşənbə xaxşamı hər əməli, istəyi, fkri, davranışı təzələnir.

  2. Axır çərşənbə gecəsində təbiətdə hər nə varsa hamısı təzələnər- deyərlər.

  3. Axır çərşənbə günü şişi ocağa qoyub heyvanı dağlayıb qorxutsan südlü olar-deyərlər.

  4. Deyərlər odun üstünə su tökməzlər. Od sönsə ocaq sönər - deyərlər.

  5. Düyünü yerə, ayaq altına salmazlar, bərəkəti qaçar.

1Aparıcı: Uşaqlar nəsə məclisimiz elə bil ki, boşdur. Şənliyimizi daha şən, daha maraqlı və əyləncəli keçməsi üçün kimlər çatışmır?
Uşaqlar: Kosa və keçəl.
2Aparıcı: Gəlin birlikdə onları məclisimizə dəvət edək.
Bahar qızının
Kosa- Novruz növruz bahara,
Güllüə güllər nübara
Kim yağa, kim apara
Bağçanızda gül olsun
Gül olsun, bülbül olsun.
Mən gəlmişəm kef görüm
Zurna görüm dəf görüm
Kosanı dövrəyə alırlar.
Xor: -A kos kosa gəlsənə
Gəlib salam versənə
Çömçəni doldursana
Məclisi güldürsənə.
Keçəl: A uyruğu uyruğu
Saqqalı it quyruğu
Gör necə erkən gəlib
Belində örkən gəlib
Bu kosa hardan gəlib?
Qutarıb dardan gəlib.
Yağ verin yağlasın
Bal verin ballasın
Çoxca bilib allansın.
Dialoq kosa və bir nəfər
-A kosa gəldiyin, harda bəridir?
-Şərurdan
-Nə gətirdin ordan a Kosa?
-Alma.
-Almanı neylədin?
-Satdım.
-Pulunu neylədin?
-Öküz aldım.
-Öküzü neylədin?
-Saqqalımın yeli vurdu yarğandan, uçurdu o da ğldü.
Xor. Kosaya gülürlər
Başın sağ olsun kosa
Canın sağ olsun kosa
Arışın uzun, bez qısa.
Kəfənsiz ölməz kosa
Kosa:
-Qurbanın olum yaşıl çuxalı
Qnaq gəlirəm çilə çıxalı
Nabat, noğul, badam ver gəlsin.
Yeyim, dizlərimə kar gəlsin.
Keçəl:
-A kos-kosa gəlmisən
Lap vaxtında meydana sən
Almayıca payını, çəkinmə bir yana sən.
Kosa:

  • Getmərəm keçəl, getmərəm!

Keçəl:
-Beş yumurta payındı
Əskiyini almayasan
Xurcunu yaxşı doldur
Əli başında qalmayasan
Kosa:
-Qalmaram keçəl, qalmaram!
“Kosanın payını verin,
Balını verin yağını verin”
Əl çalırlar.

  1. Mənim kosam oynayır

Gör necə dinqildəyir.
Ona qulaq asanın,
Qulağı cingildəyir.

  1. Mənim kosam canlıdı,

Qolları mərcanlıdı.
Qarnına əl vurmayın,
Kosam iki canlıdır.

  1. Köhnə motal başında,

Qaləm oynar qaşında.
Yüz əlli beş yaşında
Gör nə cavandır kosa

Ona pay verirlər.


Xor.
Kosam bir oyun eylər
Quzunu qoyun eylər
Yığır bayram xonçasın
Payızda toyun eylər.

Kosa oynayır.


Kosa:
-Azahı ay azahı
Doldur gətir qazanı.
Payını artıq verin,
Yada salın kosanı.
(Oxuya oxuya çıxırla.)
Xorla:
-A kos kosa, kos-kosa
Saqqalı yoldurma gəl.
Xurcunu doldurma gəl.
Xonçan nabatın bizdə
Novruz oldu durma gəl....

  1. Əziz qonaqlarım oxuyur.................................................

  2. 1Aparıcı:

-Gəlin oxuduğumuz kitablar üzrə Tap-tapmaca, gül yanltmaca oyunu keçirək. Razısınızmı?
Bəli Xor...............

  1. Bir balaca böcəkdir o

Gül çiçəkdən göyçəkdir o.
Dost axtardı tapmadı,
Axırda tənha qaldı
(Tıq-tıq xanım)

  1. Göyçək çəpiş balaları

Qətdar canavar uddu.
Bunu bilən anaları,
Canavara bərk divan tutdu.(şəngülüm, şüngülü, məngülüm)

  1. Unda süddə yoğrulmuşam!

Yağ içində qovrulmuşam,
Pəncərədə soyumuşam
Mən babadan qaçmışam
Mən nənədən qaçmışam.
Yeməliyəm yağlıyam,
Deyin hansı nağılam(qoğal)

  1. Cır-cıpı yığmaq üçün

Meşəyə yollandılar
Axşam yolda azdılar
Divə qonaq oldular.
Qonaq deyil divə yem
Olacaqdı uşaqlar.
Babbalaca bir oğlan
Xilas etdi hamını
Tapın görək uşaqlar
Adı nədir oğlanın(Cırtdan)

  1. 2-ci aparıcı- Gəlin uşaqlar üç donuz səhnəciyinə baxaq.

  1. -Mən naf-nafam.

  2. –Mən nif-nifəm.

  3. –Mən nuf-nufa.

Xor:-Üç qardaşı donuzuq
Qorxmayırıq çaqqallardan
Oynayırıq şənlənirik
Həyətdə biz bayaqdan.
Mahnı: Biz qorxmuruq çaqqaldan
Oynayırıq bayaqdan.
Çaqqal gəlir: Bir donuzu tutur.
-A ha səni yeyəcəm.
Aparıcı: -Ay çaqqal,Bu gün bizim Novruz bayaramımızdır. Gərək sən bu donuz balasını yeməyəsən.
Çaqqal: -Bu dəfə bağışlayaram,gələn dəfə tutub yeyəcəm.
1-ci aparıcı:
-Əziz dostlar, dünyada ən böyük qəhramanlar anaya borcludur.Çünki onları həyata bəxş edən analardır.
2-ci aparıcı:
-Anaları sevək onların sevgisin layiq olaq. Bütün anaların qarşısında baş əyirik.
Ana

  1. Ağ saçına qurban olum

Ağ ulusum elim ana.
Yuxuda da çağır məni,
Ayağına gəlim ana.

Ha bələdin köynək tikdin,


Laylay çaldın, keşik çəkdin.
Ha gözümdən danı sökdün,
Ağ çiçəyim elim ana.

Bir arzumu deyim bu gün,


Sənsiz olmaz bir toy,dügün.
Vətin üçün sənin üçün,
Babək olum ölüm ana.

Mahnı: Ana..................................................


1-ci aparıcı: -Bizə bu bilikləri verən, şeir və nağılları öyrədən müəllimlərimizdir.
2-ci aparıcı: -Əziz müəllimlər sizin əməyiniz sayəsində biz bütün biliklərə yiyələnmişik.
1-ci aparıcı:-Sizin qarşınızda baş əyib çox sağol deyirik.
2-ci aparıcı:- İndi isə müəllimə aid şeirlərə qulaq asaq.

Müəllim


  1. Kitabların dilini

Əlifbanı öyrədən
İlk müəllimim sağ ol
Sənə minətdaram mən.


  1. Müəllimsiz məktəbsiz,

Kim aya yol açardı.
Qızıl ulduzlu peyiklər,
Göydə necə uçardı.


  1. Hər gün uğurlu olsun,

Aydı səhərlərimiz.
Çıxmaz yaddaşımızdan.
Sizin alın təriniz.


  1. Sizə əziz müəllim

Gətirmişik gül çiçək
Ürəkdən deyirik biz
Bayramınız mübarək.

Mahnı: Bahar bayramı oxuyur..................................


Müəllimin çıxışı:

  • Beləcə sözdən söhbətdən bir bahar tonqalı çatdıq. Bir yaz gözləməsi yetirdik. Sizlərə ömrünüzün hər fəsli bahar ovqatlı, bahar nəfəsli olsun. Bayramınız mübarək!

Bahar qız:
-Uşaqların dostuyam
Hamıya mehribanam
Dondurmaz şaxta məni
Sanki bir ağ çiçəyəm
Şənlikləri bəzərəm
Həm gözəl həm göyçəyəm

-Salam əziz uşaqlar,mehriban dostlar. Sizin bahar bayramınızı ürəkdən təbrik edirəm.Sizə can sağlığı, uzun ömür, sülh və əmimamanlıq arzu edirəm.

Bahar bayramı Oxuyur..............................
Salamladıq bülbülü
Açıldı novruz gülü
Bağda qumrular ötdü
Nərgiz bənövşə bitdi
Gəldi bahar bayramı
Şənlik eylədi hamı
İydə badam püstə nar
Doldu bütün torbalar
Qarşıladıq novruzu
Şamlar sarı qırmızı
Güllər ötdü çəmən
Evdə qoyduq səməni
Saldı zoğal, ağ alça
Yerə çiçəkdən xalça

2-ci aparıcı Haxıştalar


Mən aşiqəm üzülər, haxışda
Qara gözlər süzülər haxışda
Novruzun süfrəsinə, haxışda
Yeddi nemət düzülər haxışda

****
Mən aşiqəm halı var, haxışda


Dəymişi var, kalı var, haxışda
Novruzda uşaqların haxışda
Hamıdan çox payı var, haxışda

****
Novruzum ay Novruzum, haxışta,


Sən gəl, çin olsun arzum haxışta,
Sənin xoş gəlişinlə haxışta
Bol olsun çörək, duzum haxışta

********
Səməni ay səməni haxışta,


Lalə bəzər çəməni haxışta
Küsənlər tez barışsın haxışta
Novruz sevməz küsəni haxışta

****
Xonçamızı bəzəyək haxışta


Süfrəmizə tez düzək haxışta
Səsləyin uşaqları haxışta
Deyək, gülək, şənlənək haxışta

****


Yaz gəlib ay yaz gəlib haxışta
Durna gəlib, qaz gəlib haxışta
Ağaclar açmış çiçək haxışta
Aşıq əldə saz gəlib haxışta...
*****

Ağ at gəlir enişdən, haxışta,


Sinəbəndi gümüşdən,haxışta.
Sizə də qismət olsun, haxışta,
Xurcundakı yemişdən, haxışta. salam.

Bahar gəldi mahnısı

Axar sular aşır daşır
Dağ dərələr yaşıllaşır
Sevincimiz həddən aşır
Ay uşaqlar xoş bahar gəlir

Dağda çoban çalır tütək


Ot otlayır qoyun inək
Əsir sərin-sərin külək
Ay uşaqlar xoş bahar gəlir

Quşlar uçur qatar-qatar


Çiçəklənir yaşəl bağlar
Ay uşaqlar, ay uşaqlar
Sevimli xoş bahar gəlir.

Əlavələr:

http://meneviservetimiz.az/az/2012-05-27-06-30-20/mahn%C4%B1lar/az%C9%99rbaycan-b%C9%99st%C9%99karlar%C4%B1n%C4%B1n-u%C5%9Faq-mahn%C4%B1lar%C4%B1/item/709-bahar-g%C9%99lir

http://chalgi.com/bahar-bayrami/

https://www.youtube.com/watch?v=lGd8_SjxZ5A
http://wikibit.me/video/24EhIak3IjU


Yüklə 31,04 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin