Novruz bayramının senarisi



Yüklə 31,04 Kb.
səhifə2/2
tarix15.07.2023
ölçüsü31,04 Kb.
#128530
1   2
Novruz bayram senari.docx

Bahar gəlir
Bahar gəlir, yaşıl dona
Bürünür uca dağlar.
Dərələrdə axır yenə
Gur çeşmələr, bulaqlar.

Uzaq, qərib ölkələrdən,


Köçəri quşlar gəlir.
Yenə bahar ölkəsinə
Yaz gəlir, bahar gəlir.

Qızıl arı qonur qızıl


Ləçəyinə güllərin,
Bahar varı, dövlətidir,
Sərvətidir ellərin. 

Sözləri Yusif Həsənbəyin,


Musiqisi Ramiz Mustafayevindir.
Bahar gəlir
Bahar gəlir, yaşıl dona
Bürünür uca dağlar.
Dərələrdə axır yenə
Gur çeşmələr, bulaqlar.

Uzaq, qərib ölkələrdən,


Köçəri quşlar gəlir.
Yenə bahar ölkəsinə
Yaz gəlir, bahar gəlir.

Qızıl arı qonur qızıl


Ləçəyinə güllərin,
Bahar varı, dövlətidir,
Sərvətidir ellərin. 

Sözləri Yusif Həsənbəyin,


Musiqisi Ramiz Mustafayevindir.

Baharın müjdəçisi,


Qaranquşun nəğməsi
Xəbər verir güllərə
Bahar gəlir ellərə.

Günəş duyub baharı


Əridir dağda qarı.
Qovuşdurur sellərə
Bahar gəlir ellərə.

Al-əlvan geyir meşə


Pıçıldaşır bənövşə.
Düşür neçə dillərə
Bahar gəlir ellərə.

Gözəl novruz səhəri


Bəzəyir kənd-şəhəri.
Zövq verir könüllərə
Bahar gəlir ellərə.

Qış yenə də boğulur


Yaz təzədən doğulur.
Güman qalır illərə
Bahar gəlir ellərə.

MƏMMƏD HACIZADƏ


ŞAİR

Üfiqlər bəzəsin qövsi qüzehlə


Dünyaya gözəllik payla, ay bahar.
Dərdimiz yuyulsun yağışla, şehlə
Durulsun bulanıq çaylar, ay bahar,
Səni gözləyirik, bahar, ay bahar!

Laçından, Şuşadan, Xocalıdan keç,


O Göyçə deyilən ucalıqdan keç,
Murova, Kətiyə lalədən don biç
Səninlə güləcək ellər,ay bahar.
Səni gözləyirik, tez gəl, ay bahar!

Qarlı köynəyini soyunsun dağlar,


Qanlı köynəyini soyunsun dağlar.
Bəsdi göz yaşında yuyundu, artıq
Bahar yağışında yuyunsun dağlar.
Səbrimiz tükənib daha, ay bahar.
Səni gözləyirik, bahar, ay bahar!

Aydın səma gətir göylərimizə


Azad nəfəs alsın aranım, dağım.
Qan-qada gətirmə bir daha bizə
Ovunsun sinəsi qanlı torpağım
Aran Qrabağım, dağ Qarabağım.

GƏL BAHARIM


Müəllif: Yasar Suleymanli
Gəl içimdən qov bu qəmi,
sevincli bir aləmi,
Gətir yenə, o xoş dəmi,
Gəl Baharım, gəl könlümə!!!

Gəl, bitsin qış, soyuq, şaxta,


Doğsun günəş, qara baxta,
Aman vermə, keçən vaxta,
Gəl Baharım, gəl könlümə!!!

Gətir mənə, sevgi gətir,


Duyğularım saçsın ətir,
İntizarı, dərdi bitir,
Gəl Baharım, gəl könlümə!!!
Çiçəklənim, güllər açım,
Qanadlanım, quş tək uçum,
Dörd yanıma sevinc saçım,
Gəl Baharım, gəl könlümə!!!

Darıxmışam səndən yana,


Gözləmişəm, dona - dona,
Gəl ki, bu qış, çatsın sona,
Gəl Baharım, gəl könlümə!!!
Gəl Baharım, gəl könlümə!!!

Dağlar ağa bələnib,


Meşələrə qar düşüb,
Çöllərə un ələnib,
Qışın oğlan çağında
Könlümə bahar düşüb.
Baharı axtarıram,
Fikirlərim dərbədər;
Bir qışlıq uzaqlıqdan
Bahar məni tərpədər.
Gəzirəm, ağ yollarda
Yaşıl bir gəliş itib,
Torpağın dodağından
Yaşıl bir gülüş itib.
Könlümə bahar düşüb,
Baharım min adlıdır,
Baharım od köynəkli,
Qaranquş qanadlıdır.

Müəllif: Vusal Huseyn


Oyanır sinəmdə ilham pərisi.
Mən oluram şeyriyyatın hərisi.
Oyatsın səhəri quşların səsi.
Yaman darıxmışam səninçün bahar.

Gəl ey bahar,qoy canlansın çöl-çəmən.


Baxçalara ətir saçsın yasəmən.
Ayrılıqdan saçlarıma düşüb dən.
Yaman darıxmışam səninçün bahar.

Bahar qoxur həm torpağım,çörəyim.


Yüngülləşir yük dolusu kürəyim.
Sən gələndə cavanlaşır ürəyim.
Yaman darıxmışam səninçün bahar.

Gəl ey bahar,hiss etdir nəfəsini.


Sındır qışın bu soyuq qəfəsini.
Oyandır sinəmdə eşq həvəsini.
Yaman darıxmışam səninçün bahar.

Sən,Gözəl Allahın gözəl çağısan.


Gözəlliyin zirvəsisən,dağısan.
Xəyallarımdakı arzu bağısan.
Yaman darıxmışam səninçün bahar.

Müəllif: Eldar Ezimli


Mən baharı sevirəm, bahar könül açandır!
Açılmış könüllərə, bahar şəfəq saçandır!

Bahar- yaşıl təbiət, bahar- quşların səsi!


Bahar- sevən könüldə məhəbbətin nəğməsi!

Bahar, bəlkə ürəkdə ilk sevgini oyadan,


Bahar, çölü-çəməni min bir rəngə boyadan...

Sevib-sevilənlərə, bütün fəsil bahardır,


Sevib-sevilənlərdə saf, təmiz düyğulardır...

Gəlişini bu fəslin, gözləmişəm haçandır,


Mən baharı sevirəm, bahar könül açandır!

Müəllif: Dunyamin


BAHAR...
Bahar,ürəyimin sevinci bahar,
gəlmisən-hər tərəf xoş bir tamaşa...
Yox olub çən-duman,soyuq-şaxta,qar,
arzular ürəkdə verib baş-başa!...

Min rəngə çevirib baxışlarını,


dağların döşünə xalı sərmisən...
Düzlərə vurduğun naxışlarını,
nəğməli könlümə sən köçürmüsən!...

Quşların cəh-cəhi səndən danışır,


həzin meh könlümü oxşayır mənim...
Çaylar şirin-şirin hey şırıldaşır,
nəğməsi nəğməmə oxşayır mənim!...

Şirin nəğmə olub yenə bulaqlar,


hər yan xoş rayihə-şirin ətirdi...
Bahar,ürəyimin sevinci bahar,
sən bizim ellərə səfa gətirdin!..
Dunyamin
A DOSTLAR,SEVİNİN...

Yenə bahar gəldi,Günəşi ilə,


gəldi odu ilə,atəşi ilə...
Açıb insanlara ilıq qoynunu,
bənövşə naz ilə əydi boynunu!...

Bürüyüb hər yanı quşların səsi,


ucalır bir şirin Bahar nəğməsi...
Hay düşüb çaylara,coşqun sellərə,
döndü qaranquşlar doğma ellərə...

Baxdı bənövşəm də xəlvəti mənə,


o da ətir paylar gülün ətrinə...
Hər yanda canlanma-bir oyanma var,
sevinin,bahardır daha,a dostlar!...
Müəllif: Adil Muradov
Nə durmusan, aşıq, orda?
Sazın götür, bahar gəldi.
Bağçalarda, laləzarda,
Bülbül ötür, bahar gəldi.

Mal-qara yaylağlarında,


Qar ərirmi dağlarında?
Bu yurdumun bağlarında,
Güllər bitir, bahar gəldi.

Keçdi aylar, ötdü illər,


Çalındı saz, dedi dillər.
Yasəmənlər, qızılgüllər,
Saçdı ətir, bahar gəldi.

Bezdim bu dərd-qubarımdan,


Qəmimdən, intizarımdan.
Bəyaz durna, o yarımdan
Xəbər gətir, bahar gəldi

Hünərmi aşiq ərinə?


Getməlidir lap dərinə.
Adil yazıb dilbərinə,
Sətir-sətir, bahar gəldi.

Müəllif: Dunyamin


GƏL,EY BAHAR...(Qarlı qışdan soruşdum mən...)

Qarlı qışdan soruşdum mən:


-"Köksün nədən ağ olubdur!.."
Dedi:"Sorma dərdimi sən,
ürəyimdə dağ olubdur...
Ağ günlərin eşqi ilə,
bu dünyada ömür sürdüm...
Məskənimə gələ-gələ,
əzab dolu günlər gördüm!.."

Payız gəldi,qızıl payız,


dedim:"Çöhrən allanıbdır...
İki sevən:oğlan və qız
ilk görüşə yollanıbdır.."
Dindi payız nəğmə ilə,
toy büsatı quruldu tez...
Dedi mənə gülə-gülə:
-Sənə tezdir,sən hələ döz!...

Günəşli yay haray saldı,


göstərdi öz istisini...
Sular da qoynuna aldı,
yanğılılar dəstəsini...
Dilləndi yay:"Qəlbim odlu,
nəfəsim də hərarətli...
Can bəslərəm sevgi adlı,
ürəyim də məhəbbətli!..."

Bahar isə heç dinmədi,


mən səsləndim:"Gəl,ey bahar!...
Sənsiz həyat bəzənmədi,
səninlədir xoş arzular..."
Gənclik bahar istəyir bax,
gözləmişik yollarını...
Gəl,ey bahar,gen açaraq,
nəvazişlə qollarını!.
Yüklə 31,04 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin