Novruz bayramının senarisi


Deyərlər odun üstünə su tökməzlər



Yüklə 67 Kb.
səhifə2/5
tarix15.07.2023
ölçüsü67 Kb.
#128529
1   2   3   4   5
Novruz bayramının senarisi 2019.doc

Deyərlər odun üstünə su tökməzlər.
Od sönsə ocaq sönər deyərlər.
Düyünü yerə, ayaq altına salmazlar, bərəkəti qaçar.



  • 1Aparıcı: Uşaqlar nəsə məclisimiz elə bil ki, boşdur. Şənliyimizi daha şən, daha maraqlı və əyləncəli keçməsi üçün kimlər çatışmır?

Uşaqlar: Kosa və keçəl.



  • 2Aparıcı: Gəlin birlikdə onları məclisimizə dəvət edək.

Bahar qızının
Kosa- Novruz növruz bahara,
Güllüə güllər nübara
Kim yağa, kim apara
Bağçanızda gül olsun
Gül olsun, bülbül olsun.
Mən gəlmişəm kef görüm
Zurna görüm dəf görüm
Kosanı dövrəyə alırlar.
Xor: -A kos kosa gəlsənə
Gəlib salam versənə
Çömçəni doldursana
Məclisi güldürsənə.
Keçəl: A uyruğu uyruğu
Saqqalı it quyruğu
Gör necə erkən gəlib
Belində örkən gəlib
Bu kosa hardan gəlib?
Qutarıb dardan gəlib.
Yağ verin yağlasın
Bal verin ballasın
Çoxca bilib allansın.


Dialoq kosa və bir nəfər
-A kosa gəldiyin, harda bəridir?
-Şərurdan
-Nə gətirdin ordan a Kosa?
-Alma.
-Almanı neylədin?
-Satdım.
-Pulunu neylədin?
-Öküz aldım.
-Öküzü neylədin?
-Saqqalımın yeli vurdu yarğandan, uçurdu o da ğldü.
Xor. Kosaya gülürlər


Başın sağ olsun kosa
Canın sağ olsun kosa
Arışın uzun, bez qısa.
Kəfənsiz ölməz kosa
Kosa:
-Qurbanın olum yaşıl çuxalı
Qnaq gəlirəm çilə çıxalı
Nabat, noğul, badam ver gəlsin.
Yeyim, dizlərimə kar gəlsin.
Keçəl:
-A kos-kosa gəlmisən
Lap vaxtında meydana sən
Almayıca payını, çəkinmə bir yana sən.
Kosa:
Getmərəm keçəl, getmərəm!
Keçəl:
-Beş yumurta payındı
Əskiyini almayasan
Xurcunu yaxşı doldur
Əli başında qalmayasan
Kosa:
-Qalmaram keçəl, qalmaram!
Kosanın payını verin,
Balını verin yağını verin”
Əl çalırlar.
Mənim kosam oynayır
Gör necə dinqildəyir.
Ona qulaq asanın,
Qulağı cingildəyir.
Mənim kosam canlıdı,
Qolları mərcanlıdı.
Qarnına əl vurmayın,
Kosam iki canlıdır.
Köhnə motal başında,
Qaləm oynar qaşında.
Yüz əlli beş yaşında
Gör nə cavandır kosa


Ona pay verirlər.
Xor.
Kosam bir oyun eylər
Quzunu qoyun eylər
Yığır bayram xonçasın
Payızda toyun eylər.


Kosa oynayır.
Kosa:
-Azahı ay azahı
Doldur gətir qazanı.
Payını artıq verin,
Yada salın kosanı.
(Oxuya oxuya çıxırla.)
Xorla:
-A kos kosa, kos-kosa
Saqqalı yoldurma gəl.
Xurcunu doldurma gəl.
Xonçan nabatın bizdə
Novruz oldu durma gəl....


Əziz qonaqlarım oxuyur.................................................



  • 1Aparıcı:

-Gəlin oxuduğumuz kitablar üzrə Tap-tapmaca, gül yanltmaca oyunu keçirək. Razısınızmı?
Bəli Xor...............
Bir balaca böcəkdir o
Gül çiçəkdən göyçəkdir o.
Dost axtardı tapmadı,
Axırda tənha qaldı
(Tıq-tıq xanım)
Göyçək çəpiş balaları
Qətdar canavar uddu.
Bunu bilən anaları,
Canavara bərk divan tutdu.(şəngülüm, şüngülü, məngülüm)
Unda süddə yoğrulmuşam!
Yağ içində qovrulmuşam,
Pəncərədə soyumuşam
Mən babadan qaçmışam
Mən nənədən qaçmışam.
Yeməliyəm yağlıyam,
Deyin hansı nağılam(qoğal)
Cır-cıpı yığmaq üçün
Meşəyə yollandılar
Axşam yolda azdılar
Divə qonaq oldular.
Qonaq deyil divə yem
Olacaqdı uşaqlar.
Babbalaca bir oğlan
Xilas etdi hamını
Tapın görək uşaqlar
Adı nədir oğlanın(Cırtdan)



  • 2-ci aparıcı- Gəlin uşaqlar üç donuz səhnəciyinə baxaq.

-Mən naf-nafam.
Mən nif-nifəm.
Mən nuf-nufa.


Xor:-Üç qardaşı donuzuq
Qorxmayırıq çaqqallardan
Oynayırıq şənlənirik
Həyətdə biz bayaqdan.


Mahnı: Biz qorxmuruq çaqqaldan
Oynayırıq bayaqdan.
Çaqqal gəlir: Bir donuzu tutur.
-A ha səni yeyəcəm.


Aparıcı: -Ay çaqqal,Bu gün bizim Novruz bayaramımızdır. Gərək sən bu donuz balasını yeməyəsən.
Çaqqal: -Bu dəfə bağışlayaram,gələn dəfə tutub yeyəcəm.



  • 1-ci aparıcı:

-Əziz dostlar, dünyada ən böyük qəhramanlar anaya borcludur.Çünki onları həyata bəxş edən analardır.



  • 2-ci aparıcı:

-Anaları sevək onların sevgisin layiq olaq. Bütün anaların qarşısında baş əyirik.
Ana
Ağ saçına qurban olum
Ağ ulusum elim ana.
Yuxuda da çağır məni,
Ayağına gəlim ana.


Ha bələdin köynək tikdin,
Laylay çaldın, keşik çəkdin.
Ha gözümdən danı sökdün,
Ağ çiçəyim elim ana.


Bir arzumu deyim bu gün,
Sənsiz olmaz bir toy,dügün.
Vətin üçün sənin üçün,
Babək olum ölüm ana.
Mahnı: Ana..................................................

  • 1-ci aparıcı: -Bizə bu bilikləri verən, şeir və nağılları öyrədən müəllimlərimizdir.

  • 2-ci aparıcı: -Əziz müəllimlər sizin əməyiniz sayəsində biz bütün biliklərə yiyələnmişik.

  • 1-ci aparıcı:-Sizin qarşınızda baş əyib çox sağol deyirik.

  • 2-ci aparıcı:- İndi isə müəllimə aid şeirlərə qulaq asaq.

Müəllim
Kitabların dilini
Əlifbanı öyrədən
İlk müəllimim sağ ol
Sənə minətdaram mən.


Müəllimsiz məktəbsiz,
Kim aya yol açardı.
Qızıl ulduzlu peyiklər,
Göydə necə uçardı.


Hər gün uğurlu olsun,
Aydı səhərlərimiz.
Çıxmaz yaddaşımızdan.
Sizin alın təriniz.


Sizə əziz müəllim
Gətirmişik gül çiçək
Ürəkdən deyirik biz
Bayramınız mübarək.


Mahnı: Bahar bayramı oxuyur..................................
Müəllimin çıxışı:
Beləcə sözdən söhbətdən bir bahar tonqalı çatdıq. Bir yaz gözləməsi yetirdik. Sizlərə ömrünüzün hər fəsli bahar ovqatlı, bahar nəfəsli olsun. Bayramınız mübarək!
Bahar qız:
-Uşaqların dostuyam
Hamıya mehribanam
Dondurmaz şaxta məni
Sanki bir ağ çiçəyəm
Şənlikləri bəzərəm
Həm gözəl həm göyçəyəm


-Salam əziz uşaqlar,mehriban dostlar. Sizin bahar bayramınızı ürəkdən təbrik edirəm.Sizə can sağlığı, uzun ömür, sülh və əmimamanlıq arzu edirəm.


Bahar bayramı Oxuyur..............................
Salamladıq bülbülü
Açıldı novruz gülü
Bağda qumrular ötdü
Nərgiz bənövşə bitdi
Gəldi bahar bayramı
Şənlik eylədi hamı
İydə badam püstə nar
Doldu bütün torbalar
Qarşıladıq novruzu
Şamlar sarı qırmızı
Güllər ötdü çəmən
Evdə qoyduq səməni
Saldı zoğal, ağ alça
Yerə çiçəkdən xalça



  • 2-ci aparıcı Haxıştalar

Mən aşiqəm üzülər, haxışda
Qara gözlər süzülər haxışda
Novruzun süfrəsinə, haxışda
Yeddi nemət düzülər haxışda


Mən aşiqəm halı var, haxışda
Dəymişi var, kalı var, haxışda
Novruzda uşaqların haxışda
Hamıdan çox payı var, haxışda


Novruzum ay Novruzum, haxışta,
Sən gəl, çin olsun arzum haxışta,
Sənin xoş gəlişinlə haxışta
Bol olsun çörək, duzum haxışta


Səməni ay səməni haxışta,
Lalə bəzər çəməni haxışta
Küsənlər tez barışsın haxışta
Novruz sevməz küsəni haxışta


Xonçamızı bəzəyək haxışta
Süfrəmizə tez düzək haxışta
Səsləyin uşaqları haxışta
Deyək, gülək, şənlənək haxışta


Yaz gəlib ay yaz gəlib haxışta
Durna gəlib, qaz gəlib haxışta
Ağaclar açmış çiçək haxışta
Aşıq əldə saz gəlib haxışta...


Ağ at gəlir enişdən, haxışta,
Sinəbəndi gümüşdən,haxışta.
Sizə də qismət olsun, haxışta,
Xurcundakı yemişdən, haxışta. salam.


Bahar gəldi mahnısı
Axar sular aşır daşır
Dağ dərələr yaşıllaşır
Sevincimiz həddən aşır
Ay uşaqlar xoş bahar gəlir


Dağda çoban çalır tütək
Ot otlayır qoyun inək
Əsir sərin-sərin külək
Ay uşaqlar xoş bahar gəlir


Quşlar uçur qatar-qatar
Çiçəklənir yaşəl bağlar
Ay uşaqlar, ay uşaqlar
Sevimli xoş bahar gəlir.


Bahar gəlir
Bahar gəlir, yaşıl dona
Bürünür uca dağlar.
Dərələrdə axır yenə
Gur çeşmələr, bulaqlar.

Uzaq, qərib ölkələrdən,


Köçəri quşlar gəlir.
Yenə bahar ölkəsinə
Yaz gəlir, bahar gəlir.

Qızıl arı qonur qızıl


Ləçəyinə güllərin,
Bahar varı, dövlətidir,
Sərvətidir ellərin. 

Sözləri Yusif Həsənbəyin,


Musiqisi Ramiz Mustafayevindir.



Baharın müjdəçisi,
Qaranquşun nəğməsi
Xəbər verir güllərə
Bahar gəlir ellərə.


Günəş duyub baharı
Əridir dağda qarı.
Qovuşdurur sellərə
Bahar gəlir ellərə.


Al-əlvan geyir meşə
Pıçıldaşır bənövşə.
Düşür neçə dillərə
Bahar gəlir ellərə.


Gözəl novruz səhəri
Bəzəyir kənd-şəhəri.
Zövq verir könüllərə
Bahar gəlir ellərə.


Qış yenə də boğulur
Yaz təzədən doğulur.
Güman qalır illərə
Bahar gəlir ellərə.
Üfiqlər bəzəsin qövsi qüzehlə
Dünyaya gözəllik payla, ay bahar.
Dərdimiz yuyulsun yağışla, şehlə
Durulsun bulanıq çaylar, ay bahar,
Səni gözləyirik, bahar, ay bahar!


Laçından, Şuşadan, Xocalıdan keç,
O Göyçə deyilən ucalıqdan keç,
Murova, Kətiyə lalədən don biç
Səninlə güləcək ellər,ay bahar.
Səni gözləyirik, tez gəl, ay bahar!


Qarlı köynəyini soyunsun dağlar,
Qanlı köynəyini soyunsun dağlar.
Bəsdi göz yaşında yuyundu, artıq
Bahar yağışında yuyunsun dağlar.
Səbrimiz tükənib daha, ay bahar.
Səni gözləyirik, bahar, ay bahar!


Aydın səma gətir göylərimizə
Azad nəfəs alsın aranım, dağım.
Qan-qada gətirmə bir daha bizə
Ovunsun sinəsi qanlı torpağım
Aran Qrabağım, dağ Qarabağım.


GƏL BAHARIM
Aç sevincli bir aləmi,
Gətir yenə, o xoş dəmi,
Gəl Baharım, gəl könlümə!!!


Gəl, bitsin qış, soyuq, şaxta,
Doğsun günəş, qara baxta,
Aman vermə, keçən vaxta,
Gəl Baharım, gəl könlümə!!!


Gətir mənə, sevgi gətir,
Duyğularım saçsın ətir,
İntizarı, dərdi bitir,
Gəl Baharım, gəl könlümə!!!
Çiçəklənim, güllər açım,
Qanadlanım, quş tək uçum,
Dörd yanıma sevinc saçım,
Gəl Baharım, gəl könlümə!!!


Darıxmışam səndən yana,
Gözləmişəm, dona - dona,
Gəl ki, bu qış, çatsın sona,
Gəl Baharım, gəl könlümə!!!
Gəl Baharım, gəl könlümə!!!


Dağlar ağa bələnib,
Meşələrə qar düşüb,
Çöllərə un ələnib,
Qışın oğlan çağında
Könlümə bahar düşüb.

Yüklə 67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin