Şirin nəğmə olub yenə bulaqlar, hər yan xoş rayihə-şirin ətirdi... Bahar,ürəyimin sevinci bahar, sən bizim ellərə səfa gətirdin!.. Dunyamin A DOSTLAR,SEVİNİN... Yenə bahar gəldi,Günəşi ilə, gəldi odu ilə,atəşi ilə... Açıb insanlara ilıq qoynunu, bənövşə naz ilə əydi boynunu!...
Bürüyüb hər yanı quşların səsi, ucalır bir şirin Bahar nəğməsi... Hay düşüb çaylara,coşqun sellərə, döndü qaranquşlar doğma ellərə...
Baxdı bənövşəm də xəlvəti mənə, o da ətir paylar gülün ətrinə... Hər yanda canlanma-bir oyanma var, sevinin,bahardır daha,a dostlar!...
Nə durmusan, aşıq, orda? Sazın götür, bahar gəldi. Bağçalarda, laləzarda, Bülbül ötür, bahar gəldi.
Mal-qara yaylağlarında, Qar ərirmi dağlarında? Bu yurdumun bağlarında, Güllər bitir, bahar gəldi.