Qarlı qışdan soruşdum mən: -"Köksün nədən ağ olubdur!.." Dedi:"Sorma dərdimi sən, ürəyimdə dağ olubdur... Ağ günlərin eşqi ilə, bu dünyada ömür sürdüm... Məskənimə gələ-gələ, əzab dolu günlər gördüm!.."
Payız gəldi,qızıl payız, dedim:"Çöhrən allanıbdır... İki sevən:oğlan və qız ilk görüşə yollanıbdır.." Dindi payız nəğmə ilə, toy büsatı quruldu tez... Dedi mənə gülə-gülə: -Sənə tezdir,sən hələ döz!...
Günəşli yay haray saldı, göstərdi öz istisini... Sular da qoynuna aldı, yanğılılar dəstəsini... Dilləndi yay:"Qəlbim odlu, nəfəsim də hərarətli... Can bəslərəm sevgi adlı, ürəyim də məhəbbətli!..."
Bahar isə heç dinmədi, mən səsləndim:"Gəl,ey bahar!... Sənsiz həyat bəzənmədi, səninlədir xoş arzular..." Gənclik bahar istəyir bax, gözləmişik yollarını... Gəl,ey bahar,gen açaraq, nəvazişlə qollarını!.