BAKI DEBAT FORUMU – 2015
Universitetlər arası Karl Popper formatı üzrə Debat Turniri
Mövzu: “Gənclərin sahibkarlıq bacarıqlarını formalaşdırmaqda biznes-inkubator modeli özünü doğruldur”
2-3 May 2015, Bakı şəhəri
FORUMUN ƏSASNAMƏSİ
1. Turnirdə ev sahibindən başqa hər ali təhsil müəssəsi adından maksimum olaraq 2 debat komandası iştirak edə bilər.
1.1 Hər bir ali təhsil müəssisəsi Foruma 1 komanda çıxarmaq hüququna malikdir.
1.2 2 ci komandanın iştirak etməsi üçün daxili forum keçirilməli və keçirilən forumun hesabatı 13.04.2015
tarixinə qədər təhvil verməlidir.
1.3 Ev sahibliyi edən ali təhsil müəssisəsi foruma əlavə olaraq 1 komanda çıxarmaq və iştirak edən digər iki
komandanın ödəniş haqqını ödəməmək hüququna malikdir.
2. Turnirin təşkilat komitəsi təqdim olunan komandanın Ərizə Formasını qəbul etməyə və ya Forum ərzində iştirakını
ləğv edə bilər:
2.1 Ərizə Forması tam doldurulmayıbsa.
2.2 Komandaya Karl Popper formatı üzrə Məşqçi statusuna malik şəxs tərəfindən əsaslı təlim-məşq
keçirilməyibsə.
2.3 Komanda tərkibində Hakim, Məşqçi, Klub rəhbəri statusuna malik şəxslər iştirak edirsə.
2.4 Komandanın Mövzu haqqında kifayət qədər məlumatı yoxdursa.
2.5 Komanda etik, inzibati və hər-hansı qaydanı pozursa.
2.6 Təşkilat Komitəsinin qərarına əsasən digər hallarda.
2.7.Komandanın turnirdə iştirak qaydalarını pozduğu məlum olarsa.
3. Hər debat komandası 3 (üç) spikerdən ibarət olmalıdır:
3.1 Ərizə Formasında əlavə (əvəzedici) spiker qeyd oluna bilər.
3.2 Ərizə Formasında qeyd olunmayan şəxs Forumun iştirakçısı ola bilməz.
4. Komanda turnir ərzində yalnız bir dəfə spiker dəyişə bilər.
4.1 Turnirin yalnız seçmə mərhələsində spiker əvəz etməyə icazə verilir.
4.2 Yeni spiker əvəz edilən spikerdən status cəhətdən yüksək ola bilməz.
5. Aşağıdakı şəxslər məşqçi kimi fəliyyət göstərə bilərlər:
5.1 Karl Popper formatı üzrə təlim-məşqdə iştirak etmiş, Karl Popper formatı üzrə Məşqçilər üçün təlim-məşqdə
iştirak etmiş.
5.2 “Vətəndaş Cəmiyyətində Debat” İB-nin məşqçi statusu verdiyi şəxslər.
6. Oyuna 5 (beş) dəqiqədən artıq gecikmiş komandaya texniki məğlubiyyət verilir.
7. Komandaların forumda iştirakı üçün ödəniş aşağıdakı punktlardan asılıdır:
7.1 Bir komandanın iştirak haqqı 60 AZN, 2 komanda 90 AZN
7.2 Komandanın Forumda iştirakı üçün qeydiyyatın 1-ci deadline 20.04.2015, 2-ci deadline isə 23.04.2015
tarixinə qədərdir.
7.3 “Azərbaycan Gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramı üçün 1-ci deadline qədər 50 təklif
göndərən və Forum üçün qeydiyyatdan keçən Debat Klub 20% endirim əldə edir.
7.4 Yuxarıda qeyd olunan şərtlər 2-ci deadline aid deyil.
7.5 2-ci deadline qədər qeydiyyatdan keçməyən Debat Klub hər komandaya görə 15 AZN məbləğində cərimə
olunacaq.
8. Apelyasiya ərizələri yalnız turnir günü forumun Apelyasiya Komitəsi tərəfindən qəbul olunur.
8.1 Apelyasiya şikayəti nəticəsində oyunun nəticəsi ləğv oluna və ya dəyişdirilə bilməz.
8.2 Apelyasiya ərizəsini yalnız Debat Klub Sədri təqdim edə bilər.
8.3 Apelyasiya şikayətinin doğruluğu sübut olunarsa şikayət olunmuş hakim forumdan uzaqlaşdırılacaq.
Dostları ilə paylaş: |