NukleoproteiDLƏR



Yüklə 24,51 Kb.
səhifə1/6
tarix01.01.2022
ölçüsü24,51 Kb.
#106907
  1   2   3   4   5   6
İŞ 9



NUKLEOPROTEİDLƏR

Nukleoproteidlər çox əhəmiyyətli mürəkkəb zvlallardan olub, əsas etibarilə zülalların sintezində və irsiyyətin keçiril­məsində iştirak edirlər. Boy və törəmə prosesləri də nuk­leopro­teidlərin varlığı ilə sıx əlaqədardır.

Nukleoproteidlər bütün hüceyrələrdə ən çox nüvədə olur­lar. Adları da buradan (Nucleus –latınca nüvə, proteid- mü­rək­kəb zülal, yəni nüvə mürəkkəb zülalı deməkdir) götürülmüşdür. Odur ki, nüvəsi çox olan orqanların (pankreas, qaraciyər, dalax və s.) hüceyrələri və mayalar nukleoproteid­lərlə daha zəngindir.

Nukleoproteidlər hidroliz olunduqda sadə zülala və nuklein turşularına ayrılırlar. Nuklein turşuları mürəkkəb mad­dələr olub, purin (adenin, quanin) və ya pirimidin əsaslarından (sitozin, urasil və timin), pentozadan və fosfor turşusundan mütəşəkkildirlər.

Bunlar monomukleotidləri (adenil turşusu, timidil turşu­su, sitidil turşusu və s.) sonuncular isə polinukleotidləri, yəni nuklein turşularını əmələ gətirirlər. Nuklein turşuları nuk­Leo­proteidlərin tərkib hissəsi olmaqdan əlavə bir sıra oksire­duk­siya fermentlərinin də tərkibinə daxil olurlar.

Nuklein turşuları özlüyündə ribonuklein və dezoksiribo­nuklein turşularına bölünürlər. Birincilər ən çox bitki və həm də heyvan hüceyrəsinin sitoplazmasında və sonuncular isə nüvəsində olurlar.

Nukleoproteidlər qələvi mühitdə həll olur, suda isə həll olmayırlar, turşuların təsiri ilə çökürlər.


Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin