NukleoproteiDLƏR


Nukleoproteidlərin hidrolizi



Yüklə 24,51 Kb.
səhifə5/6
tarix01.01.2022
ölçüsü24,51 Kb.
#106907
1   2   3   4   5   6
İŞ 9

3. Nukleoproteidlərin hidrolizi
Nukleoproteidləri sulfat turşusu məhlulunda qaynatdıqda qismən hidroliz olunurlar. Hidroliz nəticəsində birinci növbədə sadə zülal və nuklein turşuları alınır. Sadə zülal özlüyündə qismən hidroliz olunur. Nuklein turşuları isə əvvəlcə mono­nuk­leotidlərə və bunlar da sonra öz tərkib hissələrinə – purin və pirimidin əsaslarına, fosfat turşusuna və pentozaya parçala­nırlar. Hidroliz nəticəsində alınan son məhsullar xüsusi reak­siyalarla təyin edilir.
Təcrübənin gedişi. Hidroliz kolbasına alınmış nukle­op­roteid və 15-20 ml 5%-li sulfat turşusu tökülərək, ağzı deşiyi olan tıxacla bağlanır. Tıxacın deşiyi vasitəsilə kolba soyuducu ilə əlaqələndirilir. Soyuducu kolba ilə elə birləşdirilir ki, qızdırdıqda kolbadan çıxan buxar soyuducuda mayeləşdikdə, yenidən geriyə kolbaya tökülsün. Belə düzəldilmiş kolbada qarışıq 1 saat qaynadılır. Sonra hidrolizat soyudulur və süzülür. Hidrolizatda zülalın, pentozanın, purin əsaslarının və fosfat turşusunun varlığı yoxlanır.
Zülalın təyini
Sınaq şüşəsinə 1 ml hidrolizat töküb biuret sınağı aparılır (zülali maddələrin vəsfi təhlili reaksiyalarına baxın).

Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin