NukleoproteiDLƏR



Yüklə 24,51 Kb.
səhifə6/6
tarix01.01.2022
ölçüsü24,51 Kb.
#106907
1   2   3   4   5   6
İŞ 9

Pentozanın təyini
Pentozanın (riboza və dezoksiriboza) hidrolizatda var­lığını təyin etmək üçün floroqlüsin reaksiyasından istifadə olunur. Bu məqsədlə sınaq şüşəsinə 1 ml yoxlanan hidroli­zatdan tökülərək, üzərinə 1 ml-də 0,2%-li floroqlüsinin qatı HCl-da məhlulundan əlavə edilir.

Qarışıq qızdırılaraq 1 dəqiqə ehtiyatla qaynadılır. Bənöv­şəyi-qırmızı rəngin alınması pentozanın varlığını göstərir.


Purin əsaslarının təyini
Sınaq şüşəsinə 1 ml hidrolizat tökülərək, 5-6 damla qatı ammonyak məhlulu ilə qələviləşdirilir (qələviləşmə qırmızı lakmus kağızının göyərməsi ilə bilinir). Sonra sınaq şüşəsinə 5-6 ml gümüş nitratın ammonyaklı məhlulu əlavə edilir. Təd­ricən sınaq şüşəsinin dibinə yatan pambığabənzər çöküntünün görünməsi (purin əsaslarının gümüş duzları) purin əsaslarının varlığını bildirir.Fosfat turşusunun təyini

Sınaq şüşəsinə 1 ml hidrolizat və 1 ml-də ammonium molibdenatın nitrat turşusunda məhlulundan tökülərək, qarışıq qızdırılır. Sarı rəngli çöküntünün alınması fosfat turşusunun varlığını bildirir.
Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin