NukleoproteiDLƏR


Nukleoproteidlərin alınması



Yüklə 24,51 Kb.
səhifə3/6
tarix01.01.2022
ölçüsü24,51 Kb.
#106907
1   2   3   4   5   6
İŞ 9

1. Nukleoproteidlərin alınması
Nukleoproteidlərin alınması düzların qatı məhlullarında yapışqanvari məhlullar əmələ gətirmələrinə və duru məhlul­larında isə həll olmalarına əsaslanır.
Təcrübənin gedişi. 2-3 q dalax və yaxud qaraciyər bir çimdik qumla qarışdırılaraq, həvəngdə möhkəm əzilir. Hə­vəngə az-az 70-80 ml 1 M (molyar) natrium xlorid məhlulu əlavə edilir. möhtəviyyat 15-20 dəqiqə əzilərək, narın hala salınır. Alınmış qarışıq sentrifuqa sınaq şüşələrinə keçirilir. İçərisində möhtəviyyat olan sınaq şüşələri müvazinətləşdiril­dikdən sonra 10-15 dəqiqə setrifuqa edilir. sentrifuqat ölçülür. kimyəvi stəkana sentrifuqata nisbətən 6 dəfə çox su tökülür. Sonra sentrifuqat tədricən stəkana tökülməklə stəkandakı suda yavaş-yavaş ağac cubuğu ilə qarışdırılır. Bu zaman ayrılan nukleoproteid lifləri çubuğa dolanırlar. Sentrifuqatı suya tök­dükdən sonra bir neçə saat (10-15 saat) saxladıqda da nukle­oproteidlər stəkanın dibinə çökürlər. Bu qayda ilə alınmış nukleoproteid lifləri ehtiyatla sınaq şüşəsinə keçirilir və sonra təhlil üçün istifadə olunur.



Yüklə 24,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin