Dezoksiribonuklein turşusu difenilaminlə olan reaksiya ilə təyin edilir. Difenilamin reaktivi dezoksiribozanı və dezoksiribonuklein turşusunu göy, riboza və ribonuklein turşusunu isə yaşıl rəngə boyayır. Bu iki növ nuklein turşusu biri-birindən bu reaksiya vasitəsilə ayrılır.
Təcrübənin gedişi. Alınmış nukleoproteid çöküntüsündən bir az sınaq şüşəsinə keçirilir və 0,5-1 ml 0,4%-li natrium hidroksid məhlulunda həll edilir. Qarışığa 0,5-1 ml-də defenilamin reaktivi (çöküntü həll olana qədər) əlavə edilir. Sonra qaynar su hamamına qoyularaq 10-15 dəqiqə saxlanır. Göy rəngin alınması dezoksiribonuklein turşusunun varlığını göstərir.