nümunə
___________________________________________________
məhkəmənin adı
İddiaçı Soyadı, adı, atasının adı
Ünvan: (faktiki yaşadığı ünvan və qeydiyyatda
olduğu
ünvan qeyd edilməlidir)
Telefon______________________
Cavabdeh Soyadı, adı, atasının adı
Ünvan: (faktiki yaşadığı ünvan və qeydiyyatda olduğu ünvan qeyd edilməlidir)
Telefon______________________
Alimentin miqdarının azaldılması haqqında İDDİA ƏRİZƏSİ
___________________məhkəməsinin ______№-li «_____» _________20__ci il tarixli qərarına (məhkəmə əmrinə)əsasən «_____» ________20___ci il tarixdən başlayaraq məndən cavabdehin xeyrinə «_____» _____20__ci ildə anadan olmuş oğlum (qızım) __________ (uşağın S.A.A.) saxlanılması üçün bütün növ qazancımın ________ hissəsi miqdarında aliment tutulur.
Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı mən əmək haqqı yaxşı olan işdə işləyirdim və subay idim.
«____» _______ 20___ci il tarixdə iki yetkinlik yaşına çatmayan uşağı olan vət. _____________ (S.A.A.) nikaha girmişəm və onlara könüllü olaraq maddi yardım göstərirəm.
____№-li «____» ______ 20___ci il tarixli əmrə əsasən ştat ixtisarına görə əvvəlki iş yerimdən azal olunmuşam.
Hazırda mən _____ (işə götürənin adı) işləyirəm və mənim vəzifə maaşım _______ manat təşkil edir. Digər gəlir yerim yoxdur.
Mənim ailə həyatım o qədər dəyişib ki, mən, əvvəlki miqdarda təyin olunmuş aliment ödəyəndə, yeni ailəmə hər ay _______ manata qədər maddi yardım göstərə bilirəm.
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-ci maddəsinə əsasən,
xahiş edirəm:
-
________________________Məhkəməsinin _______№-li «_____» _______ 20___ci il tarixli qərarına ( məhkəmə əmrinə) əsasən cavabdehin xeyrinə «____» ________ 20__ci ildə anadan olmuş oğlum (qızım) ___________ (uşağın S.A.A.) saxlanması üçün tutulan alimentin miqdarı azaldılsın.
-
Cavabdehin xeyrinə məndən «____» _________ 20__ci ildə anadan olmuş oğlum (qızım) __________ (uşağın S.A.A.) saxlanması hər ay əmək haqqımın _______hissəsi miqdarında aliment tutulsun.
-
Şahid qismində məhkəməyə ________ (S.A.A., ünvanı) çağırılsın.
Qoşma: 1. ____№-li, «____» ______ 20__ci il tarixli ______________
məhkəməsinin qərarının (məhkəmə əmrinin) surəti________ vərəqə.
2. İddiaçının əvvəlki işdən azad olunması barədə əmrin surəti
(təsdiq olunmuş çıxarış) ______vərəqə.
3. İddiaçı və __________ (S.A.A.) arasında nikahın bağlanması
haqqında şəhadətnamə _______ vərəqə
4. İkinci arvadın uşaqlarının anadan olması haqqında şəhadətnamələrin
surəti ________ vərəqə.
5. İddiaçının maddi vəziyyətini xarakterizə edən sənədlər
(gəlirləri haqqında arayış, icra sənədinə əsasən tutulma
aparılmasının mövcüdlüğü və s.) _______ vərəqə.
6. Dövlət rüsümunun ödənilməsini təsdiq edən sənəd _____vərəqə.
4. İddia ərizəsinin surəti _________vərəqə.
Ərizənin verilmə tarixi «_____» ________ 20_____ cı il
İddiaçının imzası
Dostları ilə paylaş: |