Bildirişlər
1. Nemət və fəzilət Allahın əlindədir.
2. Zalımın hakimiyyətindən qurtuluş böyük ilahi nemətlərdəndir.
48. ﴿وَاتَّقُواْ يَوْماً لاَّ تَجْزِي نَفْسٌ عَن نَّفْسٍ شَيْئاً وَلاَ يُقْبَلُ مِنْهَا شَفَاعَةٌ وَلاَ يُؤْخَذُ مِنْهَا عَدْلٌ وَلاَ هُمْ يُنصَرُونَ﴾
“Qorxun o gündən ki, kimsə kimsədən bir şeyi (Allahın əzabını) dəf etməz və kimsədən bir şəfaət qəbul olunmaz. Kimsədən əvəz alınmaz və kimsəyə kömək göstərilməz.”
◘Bu ayədə yəhudilərin bəzi yanlış əqidələrinə və yersiz ümidlərinə işarə olunmuşdur. Onlar güman edirdilər ki, qiyamət günündə əcdadları onlara şəfaət verəcək. Necə ki, bütpərəstlər bütləri özlərinə şafətçi düşünürdülər. Onlardan bəziləri qurbanlıq etməyi günahlarına kəffarə bilirdi. Pulları olmadıqda bir cüt göyərçinin başını kəsirdilər. Onlardan bir qrupu da ölüləri ilə qızıl gümüş basdırırdılar ki, ölü həmin qızıl-gümüşü günahlarına cərimə olaraq ödəsin.
Onlar xəbərsizdilər ki, qiyamət dünyanın xilafınadır. Pulla, dəstəbazlıq ilə, zorluların himayəsi ilə problemi aradan qaldırmaq dünyaya aid olan bir işdir.
◘Qiyamət günü bütün səbəblər qət olur.2 (Qeyd)Yaxınlıq əlaqələri aradan qalxır3(Qeyd), üzr dili bağlanır4,(Qeyd) var-dövlət və övladlar kara gəlmir5, (Qeyd) (Qeyd)qohumluq səmərəsiz olur6(Qeyd), qüdrətlər puça çıxır,1 (Qeyd)Allahın izni olmadan şəfaət qəbul olunmur,2 (Qeyd)fidyə qəbul olunmur.3 (Qeyd)
Dostları ilə paylaş: |