◘Firon Rum, Kəsra, İran padşahları və türk xaqanları kimi bir müstəbid idi. Həzrət Musanın dövründəki fironun adı І Ramzes idi. Deyilənlərə görə onun babası Qahirə muzeyində saxlanılır.1 (Qeyd)
◘“Yəsumunəkum” sözü “sum” kökündən olub, bir şeyin ardınca fasilə vermədən getmək mənasını daşıyır. Ayədəki bu söz Bəni-İsrailin ardıcıl şəkildə əzaba düçar edildiyini bildirir. Onlara verilən işkəncələrdən biri oğlan övladlarının öldürülməsi idi. Fironun belə bir əmr verməsinin səbəbi onun gördüyü yuxu idi. Yuxunu yozanlar Firona demişdilər ki, səni bəni-İsraildən olan bir kişi öldürəcək. Başqa bir səbəb bəni-İsrailin inkişafının qarşısının alınması ola bilərdi.
Dostları ilə paylaş: |