Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə111/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   107   108   109   110   111   112   113   114   ...   484

Nöqtələr


◘Ayədə intihardan, yəni öldürməkdən yox, bir-birini öldürməkdən danışılır. Necə ki, başqa bir ayədə “bir-birinizə tənə vurmayın” buyurulur.1 (Qeyd)Başqa bir ayədə də buna oxşar bəyanat var: “Bir-birinizə salam verin.”2 (Qeyd)

◘Bu cür çətin tövbənin qəbulu yəhudilər üçün fəzilətdir. Çünki Allah münafiq müsəlmanların tənqidində buyurur: “Əgər onlara bir-birlərini öldürməyi vacib etsəydik və ya öz məmləkətlərindən xaric olmaları üçün fərman çıxarsaydıq, bütün bunları çox az bir hissə yerinə yetirərdi.3 (Qeyd)


Bildirişlər


1. Xalqı ilahi hədlərin qəbuluna məhəbbətlə hazırlayın.

2. Şirk insanın özünə zülmüdür.

3. Dəlil, möcüzə nə qədər çox olarsa, vəzifə daha da ağır, vəzifədən boyun qaçırmaq isə daha da təhlükəli olacaq.

Buzova pərəstiş edənlər bütün bu möcüzələri gördükdən sonra edamdan başqa çıxış yolları qalmamışdı.

4. Dindən çıxanın (mürtəd) hökmü qətldir.

5. İlahi mərhəmət və ölüm, ilahi lənət və həyatdan üstündür.

6. İlahi hədlərin icrası insanın qətli bahasına başa gəlsə də, onun xeyrinədir.

7. İlahi göstərişlərin əsas məqsədi insana xeyir verməkdir.

8. Xalqın ağır cərimələri ödəməyə hazırlanması üçün bir çox bərəkətlər bəyan olunmalıdır.
55. ﴿وَإِذْ قُلْتُمْ يَا مُوسَى لَن نُّؤْمِنَ لَكَ حَتَّى نَرَى اللَّهَ جَهْرَةً فَأَخَذَتْكُمُ الصَّاعِقَةُ وَأَنتُمْ تَنظُرُونَ

(Yada salın,) o zaman ki, dediniz: “Ey Musa, Allahı aşkar görməyincə, sənə iman gətirmərik. Beləcə, tamaşa etdiyiniz halda şimşək sizi bürüdü.”



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin