Bildirişlər
1. Buludlar, külək və yağış Allaha tabedir.
2. Allahın ruzi verən ( raziq) olması xüsusi şərtlərlə məhdudlaşmır. Allah susuz, ələfsiz səhraya da təbii ruzi göndərir.
3. Allah insanın ruzisini halal və pak şeylərdən müəyyənləşdirmişdir.
4. Allahın əmrindən çıxma insanın özünə zülmüdür.
58. ﴿وَإِذْ قُلْنَا ادْخُلُواْ هَـذِهِ الْقَرْيَةَ فَكُلُواْ مِنْهَا حَيْثُ شِئْتُمْ رَغَداً وَادْخُلُواْ الْبَابَ سُجَّداً وَقُولُواْ حِطَّةٌ نَّغْفِرْ لَكُمْ خَطَايَاكُمْ وَسَنَزِيدُ الْمُحْسِنِينَ﴾
“(Yada salın) O zaman ki, dedik: “Bu kəndə (Beytül-Müqəddəsə) daxil olun və onun bol nemətlərindən nə istəyirsinizsə, ləzzətlə yeyin. Qapıdan (Beytül-Müqəddəs məbədi) səcdə edən və xaşe halda daxil olun və deyin: “Hittə” (günahlarımızı tök), Biz də sizin xətalarınızı bağışlayaq. Biz yaxşı əməl sahiblərinə artıq əvəz verəcəyik.”
Dostları ilə paylaş: |