◘“Maidə” surəsinin 21-ci ayəsində buyurulduğu kimi, bu ayədəki kənd sözü Beytül-Müqəddəsə işarədir. Tih biyabanında qırx il qaldıqdan sonra bəni-İsraillə Beytül-Müqəddəsə daxil olmaq əmri verildi. Onlar məscidə daxil olduqları vaxt mübarək “Hittə” sözünü deməli idilər. “Hittə” günahların yuyulması, bağışlanma istəyi və tövbənin bəyanıdır. “Ətyəbul-bəyan” təfsirində bildirilir ki, ayədəki qapı sözü şəhər darvazasına yox, hazırda da, “babul-Hittə” adlanan məscid qapısına aiddir. Ayədəki səcdə sözü məscidə daxil olduqdan sonra yerinə yetiriləsi şükür səcdəsini bildirir.