Bildirişlər
1. Bütün sitayişlər Onun üçündür. (“Əlhəmdulillah”)
2. Allah varlığın tərbiyə və inkişafında məcburiyyətə əl atmır. Ona görə də həmd məcburi olmayan işlər üçündür.
3. Bütün varlıq və ondakı tədbirlər gözəldir. Ona görə də həmd gözəllik və yaxşılıq üçündür.
4. Bizim sitayiş dəlilimiz Onun Rəbb olmasıdır. (“əlhəmdulillahi rəbbil-aləmin”)
5. Allahın Öz məxluqları ilə rabitəsi daimi və sıx rabitədir. (Rəssam və memar öz işini görüb gedir. Mürəbbi isə daim nəzarət etməlidir.)
6. Bütün varlıq aləmi bir Allahın tərbiyəsi altındadır. (“Rəbbul-aləmin”)
7. Bütün mövcudlarda inkişaf və tərbiyə istedadı vardır.
8. Allah insanları peyğəmbərlərin göstərişləri ilə (təşrii tərbiyə), digər canlı və cansız aləmi isə bilavasitə (təkvini tərbiyə) tərbiyə edir.
9. Möminlər Quranın başlanğıcında Allah dərgahına üz tutaraq deyirlər: “Əlhəmdu lillahi rəbbil-aləmin.” İşin sonunda behiştdə isə bu şüarı verirlər: “Həmd olsun aləmlərin rəbbi olan Allaha.”1 (Qeyd)
3. ﴿الرَّحْـمنِ الرَّحـيمِ﴾
“Bağışlayan və mehribandır.”
Dostları ilə paylaş: |