Bildirişlər
1. Qarınqululuq insanın alçalması amillərindən biridir.
2. Rifah istəyi zillət zəminəsidir.
3. Danışıqda ədəbsizlik azğın ruhiyyə nişanəsidir. Onlar “dözməyəcəyik” əvəzinə” yeməklərin bir növ olması bizə ağırdır” deyə bilərdilər. Eləcə də, “Rəbbindən istə” əvəzinə “Rəbbimizdən istə” demək mümkün idi.
4. Bəni-İsrail istəklərinə hədd-hüdud qoymayan qövmdür.
5. Xırda şeylər üçün ağız açmaq nəfsin itiliyi, asılılığı və alçaqlığı nişanəsidir.
6. İnsanın həqiqi xeyirinin təminatçısı onun Allahın qismətindən razı olub səbir etməsidir. Şəhər həyatı və hər şeyə malik olmaq təkamül nişanəsi deyil. Bu imkanlar insanın süqutuna da səbəb ola bilər.
7. Şəhərdə yaşayıb hər cür imkana malik olmaq inkişaf və təkamül əlaməti deyil; bəzi vaxtlarda bu iş süqut amili də sayılır.
8. Təhlükəli işlər azğın fikirlərə bağlıdır.
9. Peyğəmbərlərin tarixi Allah yolunda şəhadətlə qol-boyundur.
10. Ardıcıl günah küfrə, küfr isə cinayətə səbəb olur.
11. Zillət və bədbəxtlik millət, irqə yox, insanın xasiyyətlərinə, əqidəsinə və əməllərinə bağlıdır.
62. ﴿إِنَّ الَّذِينَ آمَنُواْ وَالَّذِينَ هَادُواْ وَالنَّصَارَى وَالصَّابِئِينَ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ وَعَمِلَ صَالِحاً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ﴾
“O kəslər ki, iman gətirdilər və o kəslər ki, yəhudi, məsihi və sabii oldular, Allaha və qiyamət gününə iman gətirib saleh iş görsələr, mükafatları Rəbblərinin yanındadır. Onlar üçün qorxu yoxdur və onlar qəmgin olmazlar.”
Dostları ilə paylaş: |