Nöqtələr
◘“Təfsiri-nümunə”də “Cameul-bəyan”dan belə nəql olunmuşdur: “Salman Farsi həzrət Peyğəmbərə (s) dedi: “Mənim iman və namaz əhli olmuş, amma sizi görməmiş dostlarımın qiyamətdə halı necə olacaq?” Oradakılardan biri belə cavab verdi: “Cəhənnəm əhlidirlər.” Amma belə bir ayə nazil oldu, öz əsrində dinə ardıcıllıq edib, ilahi vəzifə və əmrlərə əməl edənlər üzürlüdürlər. Əlbəttə ki, bu ayə yəhudilikdə və ya məsihilikdə qalmaq üçün bəhanə ola bilməz. Çünki əvvəla, Quran kitab əhlini İslama dəvət etmişdir. İkincisi, bilərəkdən İslamdan başqa din ardınca gedənlər hədələnmiş və onlardan qəbul olunmayacağı bildirilmişdir.1 (Qeyd)
◘Qurandakı “Əlləzinə hadu” ifadəsi yəhudilərə aiddir. Onların belə adlandırılmasının səbəbi həm tövbə etmələri2(Qeyd), həm də Yaqubun oğlu Yəhuda aidiyyətləri ola bilər.
◘Ayədə “Nəsara” dedikdə o məsihilər nəzərdə tutulur ki, həzrət İsa “Kimdir köməkçilərim” soruşduqda onlar “ bizik Allahın köməkçiləri” demişlər.3 (Qeyd)Bu adın bir səbəbi də həmin qövmün İsanın doğulduğu Nasiriyyə məntəqəsində sakinliyi ola bilər.
◘“Sabiin” özünü həzrət Yəhyanın ardıcılı bilənlərə deyilir. Onlar ulduzların tədbir qüdrətinə inanırlar. Bu dəstənin adı “Bəqərə”, “Maidə”, “Həcc” surələrində yəhudilər, nəsranilər, məcusilər və müşriklərlə birlikdə çəkilir.4 (Qeyd) Buradan məlum olur ki, sabiilər zikr olunmuş dörd dəstədən deyillər. Bu ayin ardıcılları da digər kitab əhli kimi İslama dəvət olunmuşlar. Bu xüsusi etiqadın ardıcılları da azdır və bu ardıcıllar öz dinlərini təbliğ etmirlər. Onlar daha çox çayların və dənizlərin ətrafında yaşayır və tənha həyat tərzi keçirirlər. Bu fərdlərin müxtəlif qüsülləri vardır. Onlar yayda və qışda çayın axar suyunda qüsl verməlidirlər. Hazırda onların beş minə yaxın nümayəndəsi Xuzistanda (İranda) Karvət çayının kənarında və bu vilayətin digər şəhərlərində yaşayırlar. Səkkiz minə yaxın sabii isə İraqda Dəclə çayının kənarında və digər şəhərlərdə sakindir.
Dostları ilə paylaş: |