Bildirişlər
1. Bütün səmavi dinlərin müştərək əsasları vardır: tövhid, məad, saleh əməl.
2. Tövhiddən sonra ən mühüm etiqad məaddır.
3. İslamdan xəbərsiz digər din ardıcılları - istər İslamdan qabaq, istər İslamdan sonra - öz dinlərinə iman gətirib saleh əməl ardınca gedərlərsə, nicat taparlar. Bir şərtlə ki, onlar öz məlumatsızlıqlarında müqəssir olmayalar.
4. İnsan yalnız Allaha iman, məada ümid və saleh əməl sayəsində rahatlıq tapır.
5. Səadət və kəramət müsəlmanlıq, yəhudilik, məsihilik və sabiilikdən yox, iman və saleh əməldən asılıdır.
63. ﴿وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُواْ مَا آتَيْنَاكُم بِقُوَّةٍ وَاذْكُرُواْ مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ﴾
“(Yad et) o zaman ki, sizdən əhd aldıq və Tur dağını sizin fövqünüzə qaldırdıq. (Və dedik) sizə verdiyimizi qüdrətli tutun və onda olanları yadda saxlayın. Bəlkə, pəhrizkarlardan olasınız.”
Dostları ilə paylaş: |