◘Yəhudilərdən bəziləri müsəlmanları gördükdə onlara deyirdilər: “Məhəmmədin xüsusiyyətləri və nişanələri Tövratda olduğu üçün biz də ona iman gətirmişik... Amma bir başqaları onlarla görüşdükdə məzəmmət edirdilər ki, nə üçün Məhəmmədin Tövratdakı nişanələrini müsəlmanlara danışıblar? Onların fikrincə, Tövratda olanları müsəlmanlara deməklə qiyamətdə özlərinə qarşı dəlil vermiş olurlar.
Bildirişlər
1. İnsan həqiqəti anladıqda ona tabe olmalıdır. Başqalarının məzəmməti, hədəsi və nüfuzunun təsiri altında həqiqətə göz yummaq olmaz. Bəlkə də həmin vaxt alimlər haqqı gizlətməsəydilər, hazırda bir bu qədər yəhudi və məsihi olmazdı.
2. Azğınların nəzərində hər hansı mövqeyin itirilməməsi üçün həqiqəti gizləmək ağıl nişanəsi və ağıllı hərəkətdir.
77. ﴿أَوَلاَ يَعْلَمُونَ أَنَّ اللّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ﴾
“Məgər bilmirlərmi ki, Allah onların gizli və aşkar işlərindən xəbərdardır?”
Dostları ilə paylaş: |