Nöqtələr
◘Yəhudilərin əqidə çaşqınlıqlarından biri də bu idi ki, deyirdilər: “Hətta biz günahkar da olsaq, cəzamız başqalarından azdır. Bir neçə gündən artıq əzab çəkməyəcəyik! Çünki biz başqalarından üstünük... Allah bu ayədə uyğun təfəkkür tərziniz üzərindən qara xətt çəkir.”
Bildirişlər
1. İmtiyaz tələbi yəhudilərin xüsusiyyətlərindəndir.
2. Yersiz düşüncə və danışıqları cavabsız buraxmayın.
3. Üstünlük tələbi, irqpərəstlik, əməlsiz arzu qadağandır.
4. Qanun qarşısında hamı bərabərdir. Allah xüsusi bir qövmün nicatı üçün vəd verməmişdir.
5. Din maarifindən xəbərsizlik nəticəsində, insan xurafatları dinə aid edir.
81. ﴿بَلَى مَن كَسَبَ سَيِّئَةً وَأَحَاطَتْ بِهِ خَطِيـئَتُهُ فَأُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ﴾
“Bəli, hər kəs pislik qazansa və günahı onu əhatə etsə, onlar od əhlidirlər və həmişə orada qalacaqlar.”
Öz ilahi cəzalarını başqalarının ilahi cəzalarından fərqli bilən bəni-İsrail haqqında ayədə belə buyurulur: “Hamınız qanun qarşısında bərabərsiniz. Əgər günah əsərləri insanı əhatə edib ona tövbə fürsəti verməsə, həmişəlik cəhənnəmdə qalacaq.”
Dostları ilə paylaş: |