Bildirişlər
1. Mühüm işlərin icrasından arxayın olmaq üçün sifariş və əmr kifayət deyil. Əminlik üçün əhd almaq lazımdır.
2. Ruhun və cismin əmin-amanlığı bütün ilahi məktəblərin sifarişidir.
3. Vətənə bağlılıq fitri və təbii haqdır. Bu haqqı tapdamaq aşkar zülmdür.
4. Cəmiyyət vahid bir vücud, fərdlər isə onun əzaları kimidir. (“Dimaəkum” və “Ənfusəkum” kəlmələrindən anlaşılır ki, bir nəfəri öldürmək və ya ixrac etmək insanın özünü öldürməsi və ixrac etməsi kimidir.) Sədi deyir:
Bir-birinin əzasıdır hər adəm,
Bütün bəşər yaranmış bir gövhərdən.
85. ﴿ثُمَّ أَنتُمْ هَـؤُلاء تَقْتُلُونَ أَنفُسَكُمْ وَتُخْرِجُونَ فَرِيقاً مِّنكُم مِّن دِيَارِهِمْ تَظَاهَرُونَ عَلَيْهِم بِالإِثْمِ وَالْعُدْوَانِ وَإِن يَأتُوكُمْ أُسَارَى تُفَادُوهُمْ وَهُوَ مُحَرَّمٌ عَلَيْكُمْ إِخْرَاجُهُمْ أَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضٍ فَمَا جَزَاء مَن يَفْعَلُ ذَلِكَ مِنكُمْ إِلاَّ خِزْيٌ فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ الْقِيَامَةِ يُرَدُّونَ إِلَى أَشَدِّ الْعَذَابِ وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ﴾
“Bir-birinizi qətlə yetirən, özünüzdən bir qrupu diyarlarından xaric edən, onlara qarşı günah və təcavüzdə bir-birinizə arxa duran sizsiniz. Amma əgər həmin adamlar əsir halda yanınıza gəlsələr (azad etmək üçün) onların fidyəsini ödəyirsiniz. Hansı ki, (təkcə öldürmək yox, həm də) onları ixrac etmək sizə haram idi. Yoxsa səmavi kitabın bəzi göstərişlərinə iman gətirir, bəzilərinə isə kafir olursunuz? Sizlərdən bu işi görən hər bir adamın cəzası bu dünyada rüsvayçılıqdan başqa bir şey olmayacaq. Qiyamət günü isə o yenidən ən çətin əzaba düçar olacaq. Allah gördüyünüz işdən qafil deyil.”
Dostları ilə paylaş: |