Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə152/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   148   149   150   151   152   153   154   155   ...   484

Bildirişlər


1. Quran insanın başqalarını öldürməsini onun özünü öldürməsi kimi təqdim edir. Məlum olur ki, başqasını öldürmək intihara (insanın özünü öldürməsinə) bərabərdir. Eyni bir cəmiyyət bir bədənin əzaları kimidir.

2. Günah və təcavüzə yardım və həmkarlıq qadağandır. (Hədisdə nəql olunur ki, hər kəs zalıma onun zülm-sitəmində yol göstərib kömək etsə, cəhənnəmdə Fironun vəziri Hamanın yanında olacaq. Hətta zalım üçün kağız-qələm hazırlamaq da düz deyil. İmam Kazim (ə) tanınmış müsəlmanlardan birinə buyurmuşdur: “Həcc səfəri məqsədi ilə də olsa, xəlifə Harun ər-Rəşidə dəvə kirayə vermək olmaz.”1 (Qeyd)

3. İmanın əlaməti əməldir. Dini göstərişlərə əməl etməyən insan imansız kimidir. Quran insanın bəzi göstərişlərə əməl edib, bəzi göstərişlərdən boyun qaçırmasını tənqid edərək buyurmuşdur: “Nə üçün bəzi şeyə iman gətirir, bəzisinə qarşı küfr edirsiniz? “

4. Həqiqi imanın nişanəsi insanın öz şəxsi səliqəsi və meylinə zidd ilahi göstərişlərə əməl etməsidir. Könül istəyən ilahi göstərişlərə əməl etmək həqiqi iman ölçüsü sayılmır.

5. Bəzi ayələrə qarşı küfr əslində bütün hökmlərə qarşı küfrdür. Ona görə də ayələrdən bir qisminə əməl etməyənlərin cəzası dünyada zəlillik, qiyamətdə isə əzabdır.
86. ﴿أُولَـئِكَ الَّذِينَ اشْتَرَوُاْ الْحَيَاةَ الدُّنْيَا بِالآَخِرَةِ فَلاَ يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلاَ هُمْ يُنصَرُونَ

Onlar dünya həyatını axirət bahasına almışlardır. Onların cəzaları yüngülləşdirilməz və onlara yardım olunmaz.”



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin