◘Ayədə yəhudilərin inadkarlıq və həvəsbazlığının digər təzahürləri bəyan olunur. Onlar Tövratın müjdəsi əsasında yeni peyğəmbərin intizarında idilər. Hətta bir-birlərinə qələbə müjdəsi verirdilər. İmam Sadiqin (ə) buyruğuna görə, onların Mədinədə qalmasının dəlillərindən biri bu şəhərin peyğəmbərin hicrət yeri olacağını bilmələri idi. Bu səbəbdən də Mədinədə sakin olmuşdular. Amma İslam peyğəmbəri zühur etdikdən sonra Tövratda qeyd olunmuş nişanələri görsələr də, küfrə uğradılar.3 (Qeyd)
Bildirişlər
1. İlahi dinlər bir-birlərinə qarşı çıxmır, əksinə bir-birlərini təsdiq edirlər.
2. Hər xoş münasibətə etimad göstərmək olmaz. Yəhudilər illər uzunu Mədinədə yeni peyğəmbərin zühur ümidi ilə sakin olsalar da, əməl məqamında küfr etdilər. (Öz eşq və intizarınızla qürrlənməyin. Əməl məqamı çatdıqda insanın halı dəyişə də bilir. Allah eləməmiş bu gün “Nüdbə” duası oxuyasan, sabah isə...)
3. Haqqı tanımaq və onu bilmək kafi deyil. Çoxları haqqı tanıdıqları halda inadkarlıqları səbəbindən kafir oldular.
90. ﴿بِئْسَمَا اشْتَرَوْاْ بِهِ أَنفُسَهُمْ أَن يَكْفُرُواْ بِمَا أنَزَلَ اللّهُ بَغْياً أَن يُنَزِّلُ اللّهُ مِن فَضْلِهِ عَلَى مَن يَشَاء مِنْ عِبَادِهِ فَبَآؤُواْ بِغَضَبٍ عَلَى غَضَبٍ وَلِلْكَافِرِينَ عَذَابٌ مُّهِينٌ﴾
“Nə pisdir o şey ki, özlərini ona satdılar. Həsəd səbəbindən Allahın göndərdiyi ayələrə kafir oldular. (Dedilər) Nə üçün Allah fəzlini bəndələrindən istədiyinə (ayələr) nazil edir? Beləcə, Allahın ardıcıl qəhrinə düçar oldular. Kafirlər üçün zəliledici əzablar var.”
Dostları ilə paylaş: |