Nöqtələr
◘Yəhudilərin son sözü bu idi ki, əgər peyğəmbər Bəni-İsraildən olmasa, ona iman gətirməsinlər və yalnız onların özünə nazil olmuş kitabı qəbul etsinlər.
Quran onların bir neçə yalanını bəyan edir. İlk nümunə əvvəlki ayədə idi və belə buyurulurdu: “Əgər siz bu iddianızda haqlısınızsa, bəs nə üçün Musaya arxa çevirib, buzovpərəstlik dalınca getdiniz?!” İkinci nümunədə isə belə buyurulur: “Sizdən əhd aldıq və Tur dağını üzərinizə qaldırıb dedik: “Var gücünüzlə Tövratın səmavi qanunlarından tutun, qulaq asıb əməl edin.” Amma siz dediniz: “Biz qanunları tanıyırıq, amma əməl etmirik.” Əgər Quran və İslam peyğəmbərinə iman gətirməkdə bəhanəniz budursa ki, Məhəmməd (s) sizdən deyil, bəs nə üçün özünüzdən olan Musa və onun Tövratına iman gətirmədiniz?!
Quranda bu etiqadsızlığın səbəbi belə bəyan olunur. Küfrləri səbəbindən onların qəlbi buzova məhəbbətlə doldu və nə düşüncə, nə də iman üçün yer qalmadı. Əgər Bəni-İsrail doğru deyirsə ki, onlara nazil olan hər şeyə iman gətirirlər, bəs əməl namələrindəki cinayətləri necə izah edirlər? Məgər buzovpərəstlik, peyğəmbərin qətli, əhdi pozmaq imandandırmı?!
Dostları ilə paylaş: |