Nöqtələr
◘Bəni-İsrailin yalan iddialarından, saysız xəyalpərvərliklərin-dən bəzilərini nəzərdən keçirək:
–Biz Allahın övladları və əzizləriyik.1 (Qeyd)
–Yəhudi və ya məsihi olmayan kimsə behiştə daxil olmaz.2 (Qeyd)
–Cəhənnəm odu bizə bir neçə gündən artıq təsir etməz.3 (Qeyd)Bu ayə onların bütün qurama xəyallarını və mövhumat düşüncələrini rədd edib buyurur: “Əgər sizin bu iddianız doğrudursa və dediyiniz sözlərə inanırsınızsa, ölümdən qorxmamalı, ondan qaçmamalısınız. Əksinə, behiştə daxil olmaq üçün ölüm arzulamalısınız!
◘Allahın övliyaları nəinki ölümdən qorxmurlar, əksinə, ölüm üçün həsrət çəkirlər. Necə ki, Həzrət Əli (ə) buyurur: “And olsun Allaha, Əbu-Talib övladının ölümə həvəsi, südəmər körpənin ana döşünə olan həvəsindən çoxdur.”4 (Qeyd)
Bəli, insan elə bir tərzdə yaşamalıdır ki, hər an ölümə hazır olsun. (Sürücü yalnız tanımadığı yoldan və uğursuz səfərdən qorxur. Yanacağı olan, qaçaq mal aparmayan, gedəcəyi yerdə yaşamağa yeri olan müsafir nə üçün qorxmalıdır?! Həqiqi mömin üçün bu səfər çox sevindiricidir.)
Dostları ilə paylaş: |