Bildirişlər
1. Puç xəyallar və mövhumatlarla sərt rəftar edin.
2. Millətpərəstlik və irqpərəstlik qiyamətədək davam edər.
3. Ən üstün hakim vicdandır.
4. Ölümə hazırlıq həqiqi və sədaqətli iman nişanəsidir.
95. ﴿وَلَن يَتَمَنَّوْهُ أَبَدًا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ وَاللّهُ عَلِيمٌ بِالظَّالِمينَ﴾
“Amma onlar əvvəlcədən göndərmiş olduqlarının ucbatından heç vaxt ölüm istəmirlər. Allah zalımların halından agahdır.”
Nöqtələr
◘Ölümdən qorxmamaq düzlük və yəqinlik nişanəsidir. Ölüm çatdığı zaman zarafatlar, əyləncələr, xəyallar gözdən itir və təkcə insanla onun əməlləri qalır. Ölüm məqamında insan inanır ki, dünya matahı məhduddur, axirət isə üstün və davamlıdır.
Ölüm zamanı insan inanır ki, dünya kimsə üçün açılmamış bir qönçə, dünya dostları isə şirniyə toplanmış arı kimidir. İnsan yəqin mərtəbəsinə çatarsa, ölümə yaxınlaşdıqca Allahla görüş dəmini hiss etməyə başlayır. Ona görə də Həzrət Əli (ə) ölüm zərbəsi aldığı vaxt buyurur: “And olsun Kəbənin Allahına, qurtuldum.” Kərbəlada aşura günortası, şəhadət məqamı yaxınlaşdıqca imam Hüseynin (ə) çöhrəsi açılır. Son gecə imam Hüseyn (ə) öz ətrafındakılardan ölümün nə olması barədə soruşduqda, onların verdiyi cavablar getdikləri yola əmin olmalarından danışır. Onlar ölümü şirin bilirdilər, hətta həmin gecə imamın bəzi yoldaşları bir-birləri ilə zarafatlaşırdılar.
Dostları ilə paylaş: |