◘Ayənin nazil olma səbəbi belə bəyan olunur: İslam peyğəmbəri Mədinəyə gəldikdən sonra bir gün İbn Surya (yəhudi alimlərindən biri) fədək yəhudilərindən bir qrupu ilə Peyğəmbərin (s) yanına gəlib, suallar verdilər. Həzrət onların bütün suallarını cavablandırdı və istədikləri nişanələri bəyan etdi. Onların son sualı bu idi ki , vəhy mələyinin adı nədir? Həzrət bildirdi ki, bu mələyin adı Cəbraildir. Onlar dedilər: “Əgər Mikail olsaydı, sənə iman gətirərdik. Cəbrail isə cihad kimi çətin əmrlər gətirir. Mikailin gətirdiyi əmrlər isə sadə və rahatdır.”