Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə170/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   166   167   168   169   170   171   172   173   ...   484

Bildirişlər


1. Bütün müqəddəsliklərə iman və sevgi zəruridir.

2. Peyğəmbərlər və övliyalarla düşmənçilik Allaha qarşı küfr və düşmənçilikdir.

3. Bütün mələklər eyni dərəcədə deyil. (Burada iki xüsusi mələk, Cəbrail və Mikailin adı çəkilir.)
99. ﴿وَلَقَدْ أَنزَلْنَآ إِلَيْكَ آيَاتٍ بَيِّنَاتٍ وَمَا يَكْفُرُ بِهَا إِلاَّ الْفَاسِقُونَ

Sənə doğru, aydın ayələr göndərdik. Yalnız fasiqlər onu inkar edər.”


Nöqtələr


◘İnsan həvəslər ardınca getməklə və günaha batmaqla haqq yoldan çıxır və küfrə meyl etməyə başlayır. Quran buyurur: “Günaha batanlar tövbə edib əvəzini çıxmasalar, onların işinin sonu inkar və küfrdür.1 (Qeyd)

◘Əhvalatı əvvəlki iki ayədə qeyd olunmuş İbn Surya; Peyğəmbər (s) onun suallarını cavablandırdıqdan sonra başqa bir bəhanə tapmayıb dedi: “Sənə Mikail yox, Cəbrail vəhy gətirdiyi üçün biz də sənə iman gətirmirik.” Amma onun cavabı əvvəlki ayədə verildiyindən İbn Surya yəhudilərin avamlarına müraciət edir ki, o, aşkar bir dəlil gətirməmişdir. Ayə nazil oldu ki, məbada İbn Surya kimi alimlərin bəhanəçiliyi xalqı çaşdıra. Xalq bilməlidir ki, Bəni-İsrail bəhanə axtarır. Əslində isə aydın və möhkəm dəlillər göndərilmişdir və kimsə həzrətin peyğəmbərliyinə şübhə edə bilməz. Belə dəlillər gətirildiyi halda yalnız günahkarlar həvəsbazlıqları və günahlarının çoxluğu səbəbindən küfr edir, haqq yoldan çıxırlar.



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin