◘Bəzi müsəlmanlar peyğəmbərin dediklərini yaxşı dərk etmək üçün onun aram, öz hallarına uyğun danışmasını istəyirdilər. Bu istəklərini “raina”1 (Qeyd) sözü ilə bildirirdilər. Amma bu söz yəhudilərin dilində ədəbsiz səsləndiyindən ayə nazil oldu ki, “raina” əvəzinə “unzurna” söyləsinlər. Bununla da düşmənin sui-istifadəsinin qarşısı alındı.
◘Bu ayə “ey iman gətirənlər” müraciəti ilə başlayan ilk ayədir. Bundan sonra Quranda səksən dəfədən çox bu şəkildə xitab olmuşdur.
Bildirişlər
1. Sözlərin necə səslənməsinə diqqətli olun. Çünki yaxşı niyyətlə deyilmiş bir söz pis səslənə bilər. Sözün necə qəbul olunacağı barədə də düşünmək lazımdır.
2. Düşmən bizim bütün hərəkətlərimizi və sözlərimizi izləyir. O hər bir mümkün fürsətdən istifadə edib zərbə vurmaq istəyir.
3. İslam münasib sözlər seçməklə ölçülü bəyanata, səlis üsluba, mətləbin çatdırılmasına diqqət göstərir.
4. Böyüklər və müəllimlərlə danışarkən danışıq ədəbinə riayət olunmalıdır.
5. Əgər başqalarını ədəbə riayət etməyə çağırırıqsa, əvvəlcə özümüz xalqla danışıqda ədəbi gözləməliyik. “Ey iman gətirənlər” müraciəti möhtərəm bir xitabdır.
6. Bir şey qadağan olunursa, onun yerinə digər bir münasib şey tanıtdırılmalıdır.
105. ﴿مَّا يَوَدُّ الَّذِينَ كَفَرُواْ مِنْ أَهْلِ الْكِتَابِ وَلاَ الْمُشْرِكِينَ أَن يُنَزَّلَ عَلَيْكُم مِّنْ خَيْرٍ مِّن رَّبِّكُمْ وَاللّهُ يَخْتَصُّ بِرَحْمَتِهِ مَن يَشَاء وَاللّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ﴾
“Kitab əhlindən olan kafirlər və müşriklər sizə Rəbbinizdən heç bir xeyir nazil olmasını istəmirlər. Halbuki Allah Öz rəhmətini istədiyinə aid edər. Allah böyük fəzl sahibidir.”
Dostları ilə paylaş: |